Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Unikal” xəbər verir ki, sonuncu yarımfinalçı "Sərhədçi" və "Xəzri" arasındakı üçüncü matçda bəlli olacaq.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Seriyada hərəyə bir qələbə qazanan komandalar mübarizəni davam etdirmək üçün qalib gəlməyə çalışacaqlar.

Qeyd edək ki, bu duelin qalibi yarımfinalda NTD-İNDİQO ilə qarşılaşacaq. Digər cütdə isə “Xırdalan”la “Sabah” üz-üzə gələcək.