Meksikanın Aşağı Kaliforniya ştatında quyunun dibində ABŞ və Avstraliyadan itkin düşmüş turistlərə məxsus cəsədlər tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə ştatın qubernatoru Marina del Pilar özünün “X”səhifəsində məlumat verib.

 "Xarici turistlər çadır şəhərciyində olub, avtomobillərini oğurlamaq istəyən quldurların hücumuna məruz qalıblar. Turistlər müqavimət göstərib, bundan sonra hücumçular silahları çıxarıb atəş açıblar. Oğurluğun nəzarətdən çıxdığını görüb, cəsədləri quyuya ataraq məhv etməyə çalışıblar",- deyə Marina del Pilar yazıb.

Həmçinin, hüquq-mühafizə orqanları tərəfindən qətldə şübhəli bilinən üç nəfərin saxlandığı qeyd olunub.

Zərifə Nağıyeva