İngiltərənin "Mançester Yunayted" komandası Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib.

"Unikal" xəbər verir ki, "qırmızı şeytanlar" 36-cı turda "Kristal Pelas"a 0:4 hesab ilə uduzmaqla cari mövsümdə 13-cü məğlubiyyətini alıb. Bu da Mançester təmsilçisinin liqadakı ən pis göstəricisidir.

Komanda tarixində indiyədək bir mövsüm ərzində 13 məğlubiyyət yaşamamışdı.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 54 xalla səkkizinci pillədə qərarlaşıb.