Silvestr Stallone "The Expendables 2" filmində taxdığı saat da daxil olmaqla, 11 lüks saatını satışa çıxaracaq. 

"Unikal" xəbər verir ki, böyük saat kolleksiyası olan 77 yaşlı amerikalı ulduz gələn ay saatlarını hərracda sərgiləyəcək.

Aktyor, həmçinin qiyməti 100 min dollardan 200 min dollara qədər dəyişən "Audemars Piguet Royal Oak Tourbillon 50th Anniversary" və "Cartier Pasha Seatimer" saatlarını da satacaq. 

Hərracda ən bahalı saat İsveçrə istehsalçısının tarixində ən mürəkkəb qol saatı olmaq üçün hazırlanmış "Patek Philippe Grandmaster Chime 6300" modeli də olacaq. Bu saatın hərracda 2,5 milyon ilə 5 milyon dollar arasında satılacağı gözlənilir.

Saatlar iyunun 5-də "Sotheby's Important Watches" adı altında hərraca çıxarılacaq.