Birinci Qarabağ şəhidi Elşad Qayımovun nəşinin qalıqları 30 il sonra Xaçmaz rayonunda dəfn olunub.

"Unikal"ın məlumatına görə, şəhid Hacıqurbanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidin tabutuna sarılmış üçrəngli bayrağ E.Qayımovun qardaşına təqdim olunub. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən G.Dadaşov, E.Qayımov, A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı. 

Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb. 

***

14:13

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Elşad Şirin oğlu Qayımovun qalıqları Hacıqurbanoba kəndinə gətirilib.

"Unikal"ın məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Hacıqurbanoba kəndində keçirilir. Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid sonra kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, E.Qayımov 1974-cü ildə Xaçmaz rayonunun Hacıqurbanoba kəndində anadan olub. 

Birinci Qarabağ müharibəsində  itkin düşərək Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılıb.

Xanlar Qaraca