"Noyabr ayına qədər sülh sazişinin imzalanması ideyası ilə razıyam".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Ona görə də danışıqlar platformalarındakı bütün razılaşdırılmış prinsiplər sülh sazişində qeyd edilməlidir. O prinsiplərin konturlarını çəkmək və imzalamaq lazımdır, mən bu məntiqlə razıyam. Ümid edirəm ki, bu irəliləyiş Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündə qeydə alınacaq", - Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayına qədər sülh müqaviləsinin imzalanmasını real hesab etmişdi. 

Ağarza Elçinoğlu