Rusiya prezidenti Vladimir Putin  andiçmə mərasimindən sonra ilk görüşlərini keçirib.

Unikal” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O, qeyd edib ki, Putin  uşaq cərrahı, Təcili Uşaq Cərrahiyyəsi və Travmatologiyası Elmi-Tədqiqat İnstitutunun prezidenti Leonid Roşal və məktəb müəllimi Vera Qureviç ilə görüşlər keçirib: “Həm Roşal, həm də Qureviç inauqurasiyaya qonaq qismində dəvət olunmuşdular. Günorta saatlarında andiçmək üçün Kremlin Müqəddəs Endryu salonuna gedərkən Putin Roşalın yanında dayanıb, onunla bir neçə fikir mübadiləsi aparıb və onun əlini sıxıb."