Braziliya millisinin sabiq futbolçusu Jo polis tərəfindən saxlanılıb.

"Unikal" "O Globo"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu aliment ödəmədiyi üçün həbs olunub.

O, hazırda ölkəsinin aşağı liqa komandası olan “Amazonas”ın formasını geyinir. 2024-cü ilin əvvəlində sözügedən kluba transfer olunan futbolçu 6 oyunda meydana çıxıb və 1 qol vurub.   Qeyd edək ki, Jo karyerası ərzində MOİK (Moskva), “Everton”, “Qalatasaray” və digər tanınmış kublarında da top qovub.