Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi çərşənbə günü havaya qalxdıqdan qısa müddət sonra “Tengah” aviabazasında qəzaya uğrayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb. Uçuş zamanı təyyarədə problem yaranıb və nəticədə qəza baş verib. Pilot huşunu itirib və daha sonra ona tibbi yardım göstərilib. Heyət üzvlərindən heç biri xəsarət almayıb.

Qəza ilə bağlı araşdırmalar davam etdirilir.