Fransa hərbçiləri Ukraynanın münaqişə zonasında görünsələr, Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 8-də keçirdiyi brifinqdə bildirib.

O, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritməyin mümkünlüyü ilə bağlı bəyanatını şərh edərkən deyib: "Əgər fransızlar münaqişə zonasına düşsələr, onlar qaçılmaz olaraq Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcəklər".

Bundan əvvəl Makron Ukraynaya qoşun göndərilməsinin əleyhinə olmadığı tezisini təkrarlayıb. 

Ağarza Elçinoğlu