ABŞ Qəzzanın cənubundakı Rəfah şəhərində İsrailin böyük quru əməliyyatı həyata keçirməsi ilə əlaqədar olaraq İsrailə bomba tədarükünü dayandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi BBC-yə bildirib.

"ABŞ-nin mövqeyi ondan ibarətdir ki, İsrail bir milyondan çox insanın sığındığı və gedəcək yeri olmayan Rəfahda böyük quru əməliyyatına başlamamalıdır. Biz Rəfahda istifadə oluna biləcək xüsusi silah növlərinin İsrailə tədarükünə diqqətlə baxmağa başladıq. Bu, aprel ayında başladı. Həmin baxış nəticəsində biz keçən həftə bir silah göndərişinin ötürülməsini dayandırdıq", - deyə rəsmi bildirib.

Ağarza Elçinoğlu