Qusarda qəza törədən minik avtomobili rabitə xətlərinə ziyan vurub.

"Unikal" xəbər verir ki, “Mercedes” markalı minik avtomobili rayon mərkəzindən Balaqusar kəndinə gedən yolda idarəetmənin itirilməsi nəticəsində aşıb.

Qəza zamanı xəsarət alan olmasa da su kanalına düşən avtomobil rabitə və yeni çəkilən internet xətlərinin dirəklərini aşırıb.

Qusar Telekommunikasiya Qovşağınından bildirilib ki, idarənin əməkdaşları hadisə yerində olub, fəsadlar aradan qaldırlıb.

Faktla bağlı araşdırma aparılır.