Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar başa çatıb və dövlət başçısı hazırda Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə söhbət edir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Paşinyanla danışıqlar başa çatıb, indi Mirziyoyevlə görüş var", - deyə Peskov eyd edib.

Putinin Paşinyanla görüşü bir saatdan bir qədər çox çəkib.

*** 23:42

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü başlayıb.

"Unikal" xəbər verir ki, bir-birlərini görməyə şad olduqlarını deyən dövlət rəhbərləri müzakirələrə başlayıblar.

Putin Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib.

“İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir”, - Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.