Türkiyəli müğənni Kalben Sağdıç sərbəst buraxılıb.

"Unikal" Türkiyə mətbuatına istindən xəbər verir ki, ölkədən çıxma qadağası qoyulan sənətçi məhkəmə nəzarəti şərti ilə azadlığa çıxıb. O, polisə verdiyi ifadəsində narkotik satmadığını, sadəcə istifadə etdiyini bildirib.

Müğənni sərbəst buraxıldıqdan sonra sosial şəbəkədə paylaşım edib:

"Əzizlərim, musiqi, ədəbiyyat, dostluq yolu ilə tanış olduqlarım.. Küçələrdə, konsertlərdə, festivallarda, kitab imzalarında rastlaşdıqlarım.. Həm xoş, həm də kədərli günlərimizi paylaşdıqlarım... Səhhətim üçün narahat olmağınızı istəmirəm. Dəyərli ictimaiyyətimizi bu şəkildə yayındırdığım üçün üzr istəyirəm. Ailəmin, sevdiklərimin, qohumlarımın yanındayam. Mən yaxşıyam, daha yaxşı olacağam".

Qeyd edək ki, ötən gün polis Kalbenin evində aparılan axtarış zamanı 3 ədəd 15 qramlıq "skunk" tipli narkotik vasitə, 2 min avro, 730 ABŞ dolları və 1500 lirə aşkarlayaraq götürülüb.