Ermənistanda “Vətən uğrunda” hərəkatının aksiyası zamanı tam sürətlə Respublika meydanına daxil olan “KAMAZ” markalı yük maşını kütlənin üzərinə sürülüb. 

"Unikal" xəbər verir ki, Ermənistan polisinin məlumatına görə, sürücü dayanmaq üçün qanuni tələblərə məhəl qoymayaraq meydançaya çıxıb. O, yük maşınını sərxoş halda idarə edirmiş. 

Sürücü avtoxuliqanlıq maddəsi ilə saxlanılıb və ona cinayət işi açılıb. 

Hadisə nəticəsində ciddi xəsarət alanın olmadığı deyilir.