Almatıda  Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların birinci raundu başa çatıb. 

Unikal” xəbər verir ki,  Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşü 4 saatdan çox davam edib.
Danışıqlar əvvəlcə Qazaxıstan XİN rəhbərinin iştirakı ilə baş tutub, daha sonra görüş təkbətək formatda davam edib.
Danışıqların ikinci raundu sabah baş tutacaq.

XXX

14:06

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

Qeyd edək ki, görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.

***

08:06

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

"Unikal" xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

Belə ki, görüşdə daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.