"Mən Ermənistanın ikinci prezidenti Robert Köçəryanı etiraz hərəkatının qalib gələcəyi təqdirdə baş nazir postuna namizədliyini irəli sürməmişəm". 

"Unikal" xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan deyib. 

Respublika meydanında çıxış edən Qalstanyan qeyd edib ki, Köçəryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları özləri yaradıb.

"Mən Robert Köçəryanla həyatımda yalnız bir dəfə görüşmüşəm. O da - 2001-ci ildə Vazgenyan seminariyasına getdiyim zaman. Görüş beş dəqiqədən çox çəkmədi”.

Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala isə arxiyepiskop müsbət cavab verib.

Gülayə Mecid