Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsi, metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən asfalt örtüyünün yenilənməsi işləri aparılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, bu məqsədlə qeyd olunan istiqamətdə yol bağlıdır.

Sürücülərdən yola çıxmazdan əvvəl nəzərə almaları xahiş olunur.