İlham Pirməmmədov vəzifəsindən azad edildi
İlham Pirməmmədov
vəzifəsindən azad edildi
Nazirlikdə yoxlamalar başlayacaq,köhnə komandanın kompromatları prokurorluğa göndəriləcək

Yeni təhsil naziri Mikayıl Cabbarov nazirlikdə kadr islahatlarını davam etdirməkdədir. Qeyd edək ki, yeni nazir təyinatından sonra bir müddət kadr islahatlarını həyata keçirtmədi və belə bir rəy yarandı ki, keçmiş nazir Misir Mərdanovun qurduğu şəbəkə yeni nazirə imkan tanımır. Hətta Mikayıl Cabbarovun informasiya blokadasına alındığıda bildirilirdi.
Amma bu günlərdə nazir islahatlara start verdi. Bir neçə məktəb direktoru və nazirlikdə şöbə müdirləri vəzifələrindən azad edildilər. Amma Misir Mərdanovun qurduğu şəbəkəyə hələdə rəhbərlik edən şəxslər postlarını qoruyub saxlayırdılar. Amma dünən “Unikal”a daxil olan məlumat Misir Mərdanova məxsus şəbəkənin çökdürüldüyünü təsdiqlədi. Belə ki, nazirliyin aparat rəhbəri və Misir Mərdanovun sağ əli kimi tanınan İlham Pirməmmədov vəzifəsindən uzaqlaşdırıldı. Mənbənin deməsinə görə nazirlikdə ən ciddi fiqurda məhz İlham Pirməmmədov idi. Onun işdən azad edilməsi artıq o deməkdir ki, Misir Mərdanova məxsus şəbəkə tam olaraq çökdürüləcək. Buda qeyd olunur ki, Mikayıl Cabbarov məhz bu kadr dəyişikliyindən sonra nazirlikdə ciddi yoxlamalara start verəcək. Bu isə dövlət büdcəsindən mənimsənilən milyonlarla manat pulun aşkarlanması demək olacaq.Çünki Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bəyan etmişdi ki, ölkədə korrupsiyaya və rüşvətə ən çox bulaşan sektor məhz təhsil sektorudur.Mənbə hesab edir ki, Mikayıl Cabbarovun bu vəzifəyə gətirilməsində əsas məqsəddə məhz bu qanunsuzluqları aşkarlayıb ortaya çıxartmaqdır.
Bunu da qeyd eədk ki, İlham Pirməmmədovun yerinə artıq yeni Ceyhun Bayramov təyin edilib.
İnformasiya şöbəsi