İlham Əliyev prezidentliyə namizəd oldu
İlham Əliyev prezidentliyə namizəd oldu

Mehriban Əliyeva YAP-ın sədr mavini seçildi,
partiya artıq seçki kompaniyasına start verdi

iyunun 7-də Bakıda, “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirildi.YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.Partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.

Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs etdi.
Sonra YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov, YAP Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytən İsmayılova, Laçın rayonu Ağsaqqallar Şurasının sədr müavini Əmirxan Zeynalov, Bakı Dövlət Universitetinin tələbəsi Yavər Məmmədova, Milli Məclisin deputatı Yevda Abramov, Masallıdan müəllimə Mehparə Məmmədova çıxış etdilər.
Daha sonra YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərar layihəsini oxudu.
Qurultay 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarı yekdilliklə qəbul etdi.
Prezident İlham Əliyev yekdil səslə yenidən YAP-ın sədri seçildi.
Sonra partiyanın Siyasi Şurasının 90 nəfərdən, idarə heyətinin 21 nəfərdən ibarət tərkibləri, partiyanın sədr müavinləri, icra katibi, icra katibinin müavinləri və mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçildi.
İdarə heyətinin üzvləri aşağıdakılardır.
1. Əliyev İlham Heydər oğlu
2. Abutalıbov Hacıbala İbrahim oğlu
3. Əhmədov Əli Cavad oğlu
4. Əliyev Vaqif Qədir oğlu
5. Əliyev Yaqub Canəhməd oğlu
6. Əsgərov Şahlar Qaçay oğlu
7. Həsənov Əli Məmmədəli oğlu
8. Əliyeva Mehriban Arif qızı
9. Xudiyev Nizami Mənaf oğlu
10. Kərimov Kərim Hacıxan oğlu
11. Qaralov Zahid İbrahim oğlu
12. Qurbanlı Mübariz Qəhrəman oğlu
13. Məhərrəmov Abel Məmmədəli oğlu
14. Mərdanov Misir Cumayıl oğlu
15. Muradova Bahar Əvəz qızı
16. Novruzov Siyavuş Dünyamalı oğlu
17. Rəhimzadə Arif Qafar oğlu
18. Talıbov Vasif Yusif oğlu
19. Zabelin Mixail Yuryeviç
20. Həsənov Əli Şamil oğlu
21. Əlizadə Akif Ağamehdi oğlu
Bundan başqa Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, deputat Əli Əhmədov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov YAP-ın yeni sədr müavinləri seçiliblər.
Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.
İlkin Rzazadə