Rüstəm İbrahimbəyov İsa Qəmbəri tora saldı
Rüstəm İbrahimbəyov İsa Qəmbəri tora saldı

Rusiya projesi reallaşır

Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirətdə yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şura sədri Rüstəm İbrahimbəyova dəstək verib.

Milli Məclisin sabiq sədri açıqlamasında üzvü oldğu Milli Şura və müxalifətin vahid namizəd məsələsinə toxunub. Bir müddət əvvəl mətbuata verdiyi açıqlamalarında prezident seçkilərində iştirak edəcəyini bəyan etmiş eks-spiker artıq Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini vurğulayaraq, namizədlikdən geri çəkildiyini bildirib.
"Milli Şuranın vahid namizədi barədə spekuliyasiyalar dolaşmaqdadır. Vahid namizəd Rüstəm İbrahimbəyov olmalıdır"-deyə R.Quliyev R.İbrahimbəyova dəstək verib.
Qeyd edək ki, bir neçə gün öncə verdiyi məlumata görə, R.İbrahimbəyov ABŞ-a səfəri zamanı Rəsul Quliyevlə görüşüb. Görüşdə Milli Şuranın perspektivi və vahid namizəd məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Ekspertlər hesab edir ki, məhz Rəsul Quliyevlə Rüstəm İbrahimbəyov görüşəndən sonra Rəsul Quliyevin bu şəkildə az qala şərt halda açıqlama verməsi diqqətdən yayınmamalıdır. Nəyə görə? İlk növbədə ona görə ki, Rəsul Quliyev indiyə qədər vahid namizəd məsələsində mövqeyini açıq şəkildə deməsədə fəaliyyətini Müsavat başqanı İsa Qəmbərin namizədliyini aşağılamaq üstündə qurmuşdu. Hətta iddialar səsləndirilirdi ki, Rəsul Quliyevin bu addımı AXCP sədri Əli Kərimli ilə birlikdə atır və məqsəd Əli Kərimlinin namizədliyini qabartmaqla bağlıdır. Bunu da qeyd edək ki, həqiqətən də son zamanlar Əli Kərimli ilə Rəsul Quliyev az qala müttəfiq şəkilində fəaliyyət göstərirdilər və Əli Kərimli Rüstəm İbrahimbəyova dəstək verəndən sonra Rəsul Quliyevdə Rüstəm İbrahimbəyova yaxınlaşdı və ABŞ-da görüş baş tutdu. Başqa bir məqam, Rüstəm İbrahimbəyov vahid namizəd olmaqla bağlı qəti bir fikir bildirmirdi və bəzi məqamlarda az qala bunu minnət kimi qəbul edirdi. Amma qəribədi ki, onun ilk dəfə namizədliyini Leyla Yunus irəli sürdü. Bu o zaman baş verirdi ki, hər iki şəxs dəfələrlə təklikdə görüşlər keçirirdi. Bundan sonra onun namizədlik məsələsi ortaya çıxdı. Daha sonra isə Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və Əli Kərimlinin üçlükdə görüşü oldu və açıq şəkildə aydın oldu ki, prosesin əvvəlindən Rüstəm İbrahimbəyov vahid namizəd olmaq istəyirmiş və üçlük bir araya gəlməklə İsa Qəmbəri prosesdən kənarlaşdırıblar. İndi isə bu sıraya Rəsul Quliyevdə qatılıb. Müşahidəçilər hesab edir ki, Rəsul Quliyev Rüstəm İbrahimbəyovdan hansısa vəd almasaydı, müəyyən öhdəlikləri qəbul etdirməsəydi, heç bir halda belə şərt dilində danışmazdı. Beləliklə aydın olur ki, bu proseslər məqsədli şəkildə təşkil olunub və tək problem İsa Qəmbərdir. İsa Qəmbər isə bu gün faktiki tora salınıb. Hətta bu projenin Rusiyanın projesi olduğunu bilsədə İsa Qəmbərin geri çəkilmə şansı çox azalıb. Çünki həmin an cəmiyyətdə belə fikir formalaşdırılacaq ki, İsa Qəmbər müxalifətin birliyinə zərbə vurdu. Buna görə də hesab etmək olar ki, yaxın günlərdə İsa Qəmbər daha real addımlar atmasa geri çəkilməyə yol qalmayacaq.
Bunu da qeyd edək ki, Rüstəm İbrahimbəyov yaxın günlərdə Azərbaycana gələcək və bundan sonra proseslər daha da dərinləşəcək. Yox, əgər Rüstəm İbrahimbəyov Bakıya gəlməzsə onda İsa Qəmbərin manevr imkanları artacaq və proseslər bundan sonra başqa istiqamətdə inkişaf edəcək.
Fuad Əliyev