Futbol və terror qorxusu
Futbol və terror qorxusu

Mossad Azərbaycana gəlir

"Makkabi"nin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi də güclü təhlükəsizlik tədbirləri görür UEFA Avropa Liqası çərçivəsində İsrailin "Makkabi" futbol klubunu Azərbaycanın "Xəzər Lənkəran" futbol komandası ilə cavab oyununda bu ölkənin xüsusi xidmət orqanlarının agentləri qoruyacaq. İsrail tərəfi bu güclü təhlükəsizlik tədbirlərini Lənkəranın İrana yaxınlığı ilə əlaqələndirib.

"Lənkərandan əlini uzatsan, İrana çatar" - deyə İsrail təhlükəsizlik əməkdaşı bildirib.Komandanın təhlükəsizliyi ilə bağlı Azərbaycan tərəfi də ciddi tədbirlər görür və oyunla bağlı yerli polis səfərbər olunur. Oyun iyulun 25-də keçiriləcək. Qeyd edək ki, İsrail dövləti bundan əvvəl də beynəlxalq yarışlarda iştirak edən idman komandalarını və ölkəni təmsil edən digər heyətləri mümkün terror təhlükəsinə qarşı güclü mühafizə edib. Bu heyətlərə xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup qoşulub.Ekspertlər hesab edir ki, bu futbol oyunu əslində çox ciddi faciə ilə sona çata bilər. Çünki Mossad kimi bir kəşfiyyat qrumunun Lənkərana gəlməsini İran asanlıqla həzm etməyəcək və əks həmlələrin şahidi ola bilərik. Belə ki, İran dəfələrlə bəyan edib ki, İsrail İranla Azərbaycanın sərhəd bölgələrində kəşfiyyat işləri aparırı və buna görə iki ölkə münasibətlərində ciddi gərginliklər yaşanmışdı. İndidə yenidən belə bir proses baş verəcək. Həmçinin ekspertlər hesab edir ki, belə proseslərdə üçüncü qüvvələrdə maksimum dərəcədə yararlanmağa çalışır. Tutalım hansısa terror aksiyası həyata keçirilir və bunun davamı olaraq bütün məsuliyyət İranın üzərinə atılır. Belə bir fürsəti yəqin ki, Ermənistan əldən buraxmamağa çalışacaq. Bunu da qeyd edək ki, elə İranın özüdə güc nümayiş etdirmək üçün hansısa addımları ata bilər. Xatırladaq ki, İranın Azərbaycanın cənub bölgəsində ciddi dayaqları var və bu dayaqları hərəkətə gətirməklə bölgədə bir nəzarətsizlik mühiti yarada bilər. Ekspertlər bunu da qeyd edir ki, İran son bir neçə ildə dəfələrlə çalışıb ki, özü ilə sərhəd bölgəsində olan dövlətlərdə qeyri-sabitlik yaransın. Əsasən də Azərbaycanda. Çünki belə olan halda İranın manevr imkanları artır və hazırda üzləşdiyi iqtisadi blokadanı xeyli zəiflədə bilər. Xatırladaq ki, BMT səviyyəsində İrana tətbiq olunan iqtisadi blokada nəticəsində İran iqtisadiyyatı ciddi zərbə alıb və demək olar ki, hər gün İranda qiymətlər bahalaşır. Ekspertlər hesab edir ki, İranın iqtisadi çöküşü sürətlənəndən sonra İsrail hərbi müdaxiləyə əl atacaq. Bu isə regionda yeni gərginliyin başlanığıcı olacaq. Hazırda bu günlərdə baş tutacaq futbol yarışması zamanı ola biləcək təxribatlara gəldikdə isə ekspertlər bildirir ki, başqa bir təhlükədə elə öz vətəndaşlarımızdan gələ bilər. Belə ki, cənub bölgəsində İslam dini kifayət qədər hakim dindir və İrandan gəlmiş din xadimləri illər boyu bu bölgədə şiə təriqətinin aparıcı qanadlarını yarada biliblər. Bu gün isə hansısa yolla məhz bu qüvvələrdə aqressiya artırıla bilinər ki, buda nəzarətdən çıxacaq təxribatların yaranmasını stimullaşdıra bilər. Buna görə də hesab edilir ki, yarışma başlanmamışdan öncə Azərbaycan hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etmək üçün səfərbər edilməlidir.
Mehdi