PKK-dan Türkiyəyə ultimatum gəldi?
PKK-dan Türkiyəyə ultimatum gəldi?

PPK (Kürd Fəhlə Partiyası) ilə Türkiyə hökuməti arasında əldə edilən barışıq anlaşması pozula bilər. Belə ki həbsdə olan kürd lideri Abdulla Öcalanın bu barədə müraciəti yayımlanıb. O bildirib ki, Türkiyə hökuməti oktyabrın 15-nə kimi münaqişənin həlli istiqmətində konkret addımlar atmasa əldə edilən barışıq ləğv ediləcək.

A.Öcalanın müraciətini Kürd İcması Birliyinin üzvü Sabri Ok Almaniyanın Welle radiosuna müsahibəsində açıqlayıb. O deyib ki, PKK Türkiyə hökuməti lazımı addımlar atacaq deyə sonsuzadək gözləmək niyyətində deyil: "Bizim səbrimizin də bir həddi var və az vaxt qalıb. Bu proses bizim tərəfimizdən ləngidilmir. Biz öz üzərimizə düşəni etdik. Bizim liderimiz (A. Öcalan) bir müddət əvvəl elan edib ki, Ankara oktyabrın 15-nə kimi öhdəliyinə götürdüyü lazımı tədbirləri həyata keçirməsə barışıq ləğv ediləcək."
Böyük Quruluş Partiysaının başqanı, millət vəkili Fazil Mustafanın "Unikal"a bildirdiyinə görə, "İnformasiya doğrudur. Türkiyə hökumıəti ilə terrorçu PKK arasında əldə edilmiş razılaşma hər an pozula bilər. Amma bu pozulma PKK-ya ciddi şəkildə ziyan vuracaq. Çünki PKK müstəqil təşkilat deyil və həmişə xarici dairələrin diqtəsi ilə fəaliyyət göstərib".
Millət vəkili hesab edir ki, "PKK-nın bu cür zahirən cəsarətli görünən bəyanatla çıxış etməsi faktını Türkiyə-Amerika münasibətləri fonunda nəzərədən keçirtmək lazımdır. Türkiyə hökuməti Taqsim hadisələrini sona çatdırandan sonar belə bir mesajın gündəmə gəlməsi təəccüblü deyil. Ağ Evin mesajlarını təkcə bu binanın sözçüləri ifadə etmirlər. Onların başqa kanalları da var. Bununla belə, PKK-nın əvvəlki tək tüğyan edəcəyinə çox da inanmıram. Çünki Yaxın Şərq bölgənin geoplotik reallıqları bir neçə ay əvvəlki gerçəkliklədən xeyli fərqlənir".
Tanınmış politoloq Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Türkiyə hökuməti ilə PKK arasında aparılan danışıqlar diplomatiya tarixində ciddi bir nümunə idi. Çünki, adətən, Qərb dövlətləri iddia edirdilər ki, terorçuularla ancaq silahların dilində danışmaq olar. Türkiyə isə gözlənilməz bir gediş edib bir çoxlarına dərs verdi və otuz illik bir problem həll edə bildi. Qaldı ki, PKK-nın məlum bəynatına, yuxarıda qeyd etdiym razılaşmanın pozulacağına inanmıram. Çünki kürdlər, daha doğrusu, PKK bu razılaşmadan çox şey qazanacaq. Ona görə də güçan edirəm ki, məlum bəynat daha çox xarici dairələrin göstərişi əsasında meydana çıxıb".
Natiq Oruclu