Araz çayı Urmiya gölünə axacaq...
Araz çayı Urmiya gölünə axacaq...

İran İslam Respublikası prezidentinin birinci müavini şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa çəhərində Araz çayının suyunun Urmiya gölünə nəqli layihəsinin inşa əməliyyatına start verib.

Tehran Radiosunun verdiyi məlumata görə, layihədə məqsəd 22 şəhər və 286 kənddə əhalinin suya olan təlabatını lazımınca ödəmək, Urmiya gölünün azalmış su ehtiyatını təmin etmək və layihə ərazisində bəkin sahələrinin modern metodlarla suvarılmasına şərait yaratmaqdan ibarətdir. İslam Respublikası prezidentinin müavini bu layihənin sürətlə həyata keçirilməli olduğunu vurğulayıb.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güəliyevin "Unikal"a söylədiyinə görə, "Urmiya gölünün quruması səbəbilə Azərbaycan hökuməti ilə İran rəsmiləri arasında çoxdandır ki, danışıqlar gedirdi və əgər İran tərəfi artlq Araz çayından Urmiya gölünə kana çəkmək işlərinə start verdiyini rəsmən açıqlayıbsa, deməli, iki ölkənin rəsmiləri arasında müvafiq razılaşma əldə edilib. Hələ ki İranın Arazdan götürəcəyi suyun həci barədə rəsmi açıqlama verilmədiyndən bu barədə fikir söyləmək çətindir. Ancaq güman edirəm ki, Azərbaycan tərəfi ölkəmizin ekoliji maraqlarını nəzərə almaqla bu prosesin başlanmasına razılıq verib".
Partiya sədrinin sözlərinə görə, "Urmiya gölünün tam şəkildə quruması İranın qərb bölgəsi üçün ciddi fəsadlara yol aça bilər. Buna görə də, məlumatım olduğu qədər, İran hökuməti bu problemin qarşısını amaq üçü ən müxtəlif layhələri ciddi şəkildə nəzərdən keçirdirdi. İranın bir sıra institutları birbaşa bu problemin sürətlə həll edilməsinə itiqamətləndirilmişdi və kifayət qədər də maliyyə vəsaiti ayrılıb. Məslə bueasındadır ki, Urmiyanın quruması təkcə İranın daxili problemi deyil. Bir sıra beynəlxalq təşkilatlar da yaranmış situasiya ilə yaxından maraqlanır və öz köməklərini təklif edirlər."
Partiya sədrinin dediyinə görə, "Bu gölün quruması həm bölgə əhalisi üçün, həm də bu göldə məskunlaşmış bir sra qiymətli quş növlərini taleyi üçün ciddi fəsadlar yarada bilər. Ona görə də gölün su ilə təchiz edilməsi vacib məsələdir. Azərbaycanda bəzən hay-küy salırlar ki, İranın Arazdan su götürməsi bizim üçün xoagəlməz problemlər yarada bilər və s. Amma bunlar boş söz-söhbətlərdir. İran tərəfi Azərbaycan hökumətindən xahiş edib ki, sərhəd çaylarının suyundan qarşılıqlı şəkildə istfadə barəd razılaşmaya uyğun olaraq Arazdan nəzərdə tutulmuş paydan bir qədər artıq su götürüb Urmiyaya axıtsın. Unutmayaq ki, Araz çayının suyundan bizim aran bölgələrimizlə bərabər İranın Qaradağ mahalı da istifadə edir. Buna görə də Araz çayı zolağında ekoloji baxımdan problemin yaranmaması həm də İranınn maraqlarına daxildir".
Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun "Unikal"a bildirdiyinə görə, "Araz çayı ölkəmizin strateji obyektlərindən biridir və bu çaydan su götürülməsi Arazboyu bölgələrimiz üçün ciddi fəsadlar törədəcək. İran qurumaqda olan Urmiya gölünün problemini başqa resurslar hesabına da həll edə bilər. Bunun üçün İranda kifayət qədər yeraltı su ehtiyatları var. SSRİ boyda nəhəng bir dövlət Aral dənizinin qurumasının qarşısını ala bilmədisə, beynəlxalq sanksiyalar nəticəsində olduqca ağır iqtisadi duruma düşmüş İran dövləti bu problemi necə həll edə bilər?"
Ekspertin sözlərinə görə, "İran tərəfi əvvəllər bildirirdi ki, Urmiya gölünün problemini həll etmək üçün Araz çayının suyunun bir hissəsi də kifayət edər. Amma İrandan gələn son məlumatlar sübut edir ki, bu dövlətin planı dəyişilib və Arazın suyunun əksər hissəsini Urmiya gölünə yönəltmək fikrindədir. Görünür, iranlı mütəxəssislər bundan sonra Azərbaycanda baş verə biləcək ekoloji fəlakətin miqyasını ya təsəvvür edə bilmirlər, ya da bu onlar üçün maraqlı deyil, təki vəziyyətdən çıxsınlar. Araz çayının tamamilə Urmiya gölünə yönəldilməsi Azərbaycanda minlərlə hektar əkinə yararlı ərazinin quraqlığa düçar olması, minlərlə canlıların məhvi, insanlarımızın müxtəlif xəstəliklərə tutulması deməkdir. Bu həm də o deməkdir ki, Azərbaycanın cənub qurşağı ekoloji fəlakət zonasına çevriləcək və buna heç vəchlə yol vermək olmaz".
Natiq Oruclu