Milli Şura üzvləri erməni Andrey Nersesyanın otelinə sığındılar
Milli Şura üzvləri erməni Andrey Nersesyanın otelinə sığındılar
İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasında inisident oldu

Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovla görüşə toplaşdığı Tiflisin "The Vere Palace" oteli sən demə 1999-cu ilin avqustun 20-dən fəaliyyətə başlayıb. Otelin ilk vaxtlar cəmi 22 qonaq otağı , kiçik restoranı və barı olub. Qonaqlara yaxşı xidmət etmək üçün otel rəhbərliyi 2005-ci ildən oteli daha da genişləndirməyə başlayır. Dördulduzlu və 42 otaqdan ibarət olan otel Tiflisin ən gözəl məkanlarından biri hesab olunur. "Vera Palace" oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur.
A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir. Bundan başqa görüşdə inisidentdə yaşanıb. Belə ki, Tiflis vaxtı ilə saat 18:00-da Milli Şura üzvləri "Vere Palaced"in toplantı zalına toplansa da yığıncağı başlamaq mümkün olmayıb. Səbəb Müsavat başqanı İsa Qəmbərin toplantı keçirilən zala gəlməməsi idi. 20 dəqiqə sonra yığıncağa qatılan İsa Qəmbər bildirib ki, ona toplantının 18:30-da keçiriləcəyi bildirilib və o, yığıncaq zalına deyilən vaxtdan 10 dəqiqə tez gəlib. Yığıncağa gecikən şəxslər sırasında "Turan" agentliyinin direktoru Mehman Əliyev də olub. Göründüyü kimi, hələ Bakıdan Gürcüstana dağınıq şəkildə və müxtəlif vasitə və marşrutlarla (qatar, təyyarə, avtomobil) yola düşən birləşmiş müxalifətin cəmi 15 nəfərlik qrupu Tiflisdə də çox maraqlı siyasi nəticələrə gəlməyə əsas verən hərəkətləri ilə yadda qalıb. Ortaya suallar çıxır: İsa Qəmbər hazırlıqları neçə gündür gedən toplantıya necə yubanıb? Ona toplantının saat 18:30-da keçiriləcəyini kim deyib? Bu görüşün təşəbbüskarı və təşkilatçılarından olan Eldar Namazov, yoxsa məsələn, otelin gürcü inzibatçısı? Necə olur ki, cəmi 15 nəfərdən ibarət qrup Tiflis kimi balaca şəhərdə bir-biri ilə əlaqə saxlaya, hərəkət marşrutlarını və vaxtı koordinasiya edə bilməyib? Ümumiyyətlə, onlar bütün gün ərzində ayrı-ayrılıqdamı olublar? Görüşə nədən komanda şəklində getməyiblər?...Göründüyü kimi suallar çoxdur. Amma onların hamısının bir cavabı var: 20 ildir ana müxalifət lideri postuna iddia edən müsavat başqanının 20 dəqiqəlik gecikməsinə İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasında gedən açıq-gizli rəqabət səbəb olub. Müsavat başqanı kənar birinin müxalifətin vahid namizədi olmasını ilk gündən həzm edə bilmir, fürsət düşən kimi Müsavat Partiyasının 4 yanvar tarixli qərarının (öz namizədliyinin qüvvədə olması barədəki) qüvvədə olduğunu xatırladır. Ona görə də ona saymazlıq edərək 20 dəqiqə gözlədib...