Qalxın ayağa İlham Əliyev gəlir
Qalxın ayağa İlham Əliyev gəlir

İbrahimbəyov pulsuzluqdan danışdı,İsa Qənbərlə Əli Kərimli seçim qarşısındadırlar

Astaf Bender növbəti şahmat turnesine start verdi. Aydın oldu ki, bu dəfə "qroysmestr" piyada və ya fili yox, elə şahın özünü oğurlayıb. Söhbət Rütəm İbrahimbəyovun müxalifətin vahid namizəd olaraq elə müxalifətin özünə oyun qurmasından gedir.

Vahid namizədlik ideyası ilə müxalifətin içinə bomba kimi atılan "qroysmestr" müxalifətin əsas fiqurun şahını oğurlayıb. Öncə hucum taktikası, daha sonra müdafiə qalası quran müxalifətə məlum oldu ki, əslində qorumaq istədikləri, uğrunda savaşmaq istədikləri fiqur yoxa çıxıb. Və hazırda belə gülünc durum davam etməkdədir.
***
Mərkəzi Seçki Komissiyası isə namizədlərin qeydiyyatı prosesinə başlayıb. Artıq 7 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.Namizədlərin müraciətləri isə hələdə davam edir. Ekspertlərin fikrincə namizədlərin sayı 10-u keçə bilər.
***
Müxalifət isə çaşqın durumdadır və çaşqınlıq get-gedə qarşıdurmalarla əvəzlənir. Müxalifətin Astaf Benderi obrazını məharətlə oynayan Rüstəm İbrahimbəyov isə ətrafını təccübləndirməkdə və inamını demək olar ki, tam itirmək üzrədir. Ssenaristin verdiyi açıqlamalar isə müxalifəti gülünc halına salır. Məsələn, Rüstəm İbrahimbəyov bəyan edir ki, o ölkəyə qayıdarsa seçkilər üçün pul tapa bilməyəcəklər və nəticədə məğlub durum yaranacaq. Rüstəm İbrahimbəyov bəyan edir ki, elə buna görə hələ də ölkəyə gəlməyə ehtiyac yoxdur. O açıq şəkildə bəyan edir ki, seçkilər üçün bir neçə milyon dollar pul lazımdır və o Rusiyada oturmaqla o pulları həll edir. Rüstəm İbrahimbəyovun bu açıqlaması isə müxalifətə ağır zərbədir. Çünki hakimiyyət iddia edirdi ki, Milli Şura projesi ölkədən kənarda hazırlanıb və bu layihəyə konkret qüvvələr pul ayırır. Bu gün isə Rüstəm İbrahimbəyov bunu açıq şəkildə etiraf edir. Bu isə Milli Şuranın milliliyinə ağır zərbə oldu. Rüstəm İbrahimbəyov daha sonra deyir:-"Kimlər mənim ölkəyə qayıtmağımı istəyirsə, həmin şəxslər hakimiyyətə işləyir". Bu çağırışı isə edən Müsavat başqanı İsa Qəmbər idi. Gördüyünüz kimi Rüstəm İbrahimbəyov artıq hədəf olaraq İsa Qəmbəri seçib.

Küləkli müxalifət küçələri

Rüstəm İbrahimbəyovun barmağına doladığı müxcalifətdə isə şişman rejisora inam sıfır həddinə düşüb. İlk gündən Müsavat partiyası Rüstəm İbrahimbəyovu real güc olaraq qəbul etməsələrdə, müxalifətin təpkisindən qorxaraq reallıqla barışdılar. Amma Müsavat ,konkret olaraq İsa Qəmbər bu duruma düşdüyü üçün AXCP-ni hədəfə aldı. Öncəliklə prezidentliyə namizəd olaraq qaldığını bəyan edən İsa Qəmbər ,daha sonra seçkiləri baykot etməyə çalışan digər müxalifləri hədəfə aldı. Bundan başqa konkret tələb olaraq bildirildi ki, Rüstəmn İbrahimbəyov istənilən halda ölkəyə qayıtmalıdır. Bu gün isə vəziyyət daha da kritikləşdi. Belə ki, uzun dirənişdən sonra AXCP-də Rüstəm İbrahimbəyova inanmaqla yanlış olduqlarını gördülər və bəyan etdilər ki, AXCP-in ya prezident seçkilərinə vahid namizədi olacaq, yada alternativ vahid namizəd axtarışına başlamaq lazımdır. Bu isə təsdiqlədi ki, artıq Milli Şurada Eldəniz Quliyevlə, Eldar Namazovdan başqa heç kim Rüstəm İbrahimbəyova inanmır.
***
Hadisələrin bu şəkildə inkişafı iki detalı ortaya çıxartdı. Aydın oldu ki, bu gün müxalifət normal , sivil siyasi mübarizə aparmaqdan çox uzaqdır və mağara təfəkkürü ilə heç bir halda hakimiyyətə alternativ ola bilməyəcəklər. Həmçinin aydın oldu ki, müxalifətin vahid namizəd ideyasıda tam iflasa uğradı və seçkilərə daha dağınıq və bərbad şəkildə qatılacaqlar. Ən azından ona görə ki, seçkilərə az zaman qalsada müxalifət təşkilatlanma missiyasını həyata keçirə bilmədi. Təşkilatlanmayan bir qüvvənin isə güc nümayiş etdirməsi isə sadəcə mümkünsüzdür. Elə buna görə də indiyə qədər müxalifət bir dənə də olsa siyasi aksiya keçirə bilməyib və yaxın gələcəkdə bu mümkündə olmayacaq. Bu seçkiləri demək olar ki, müxalifət elə şişman İmbarhimbəyova uduzdu.

Yerdə qalan namizədlər

Prezidentliyə namizəd olanların sayı artır və onlara yerdə qalan namizədlər deyirik. Əslində isə onlar həqiqətən də yerdə qalmış durumdadırlar. Məsələn, bu namizədlərdən biri Əhməd Orucdur. Bu günlərdə saxladığı inəklərlə bir yerdə şəkili dərc edilən bu namizədin 20 baş mal-qaradan başqa demək olar ki, heç nəyi yoxdur. Söhbət sosial bazasından gedir. Bu həddə siyasi lütlük nümayiş etdirən bir şəxsin prezident seçkilərində ciddi rəqib olmasını düşünmək isə sadəcə gülüncdür. Bu fikri digər prezidentliyə namizədlərə də şamil etmək olar və belə olan halda "yerdə qalan"ları sadəcə olaraq qeyri-ciddilər dəstəsinə şamil etmək olar. Bundan başqa prezidentliyə namizədliyini vermiş müxaliflərin siyahısına baxanda həm də aydın olur ki, bu şəxslərin mübarizəsi hakim partiyanın namizədi ilə yox, elə özlərinin arasında olacaq. Çünki seçkilərdə qələbə qazanma şanslarının sıfır həddindən də aşağı olması səbəbindən bu namizədlərin əsas məqsədi ana müxalifət olmaqdır. Deməli hakim partiya seçkilərə çox rahatlıqla gedə biləcəklər.

Beynəlxalq rəylər və
sabun köpüyü

Artıq bir neçə aydır ki, müxalifət cəmiyyətdə belə bir rəy yaratmağa çalışırdı ki, beynəlxalq güclər müxalifətə dəstək verir və seçkilərdə Rüstəm İbrahimbəyovun qələbəsi üçün konkret addımlar atılacaq. Rüstəm İbrahimbəyov isə bu kompaniyanı daha ajiotajlı etmək üçün Avropaya, ABŞ-a və Rusiyaya səfərlər təşkil etdi. Amma...aydın oldu ki, müxalifətin bu kompaniyasıda sabun köpüyündən başqa bir şey deyilmiş. Çünki müxtəlif səfərlər,görüşlər təşkil edilsə də bir dənə də olsa bəyanat ortaya çıxmadı. Aydın oldu ki, beynəlxalq güclər müxalifətdən heç kimə dəstək vermək niyyətində deyil. Bunu Rüstəm İbrahimbəyovda etiraf edərək bildirdi ki, görüşdüyü qüvvələr sadəcə olaraq proseslərə neytral yanaşacaqlar. Buda məlum oldu ki, beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərə nəzarət etmək üçün müşahidəçi qrupu göndərməyəcəklər. Bu isə müxalifətin onurğa sümüyünün qırılması, hakimiyyətin isə tam qələbəsi idi. Çünki o ölkələrə müşahidəçi qrupu göndərilmir ki, artıq həmən ölkədə demokratik seçkilərin olmasına şübhə yeri qalmır.

Qalxın İlham Əliyev gəlir

Bəli, bu gün seçkilərin tək və alternativsiz güc nümayiş etdirəcək prezidentliyə namizədi İlham Əliyevdir. "Qalxın İlham Əliyev gəlir"-deyimidə bu baxımdan bir neçə məna daşıyır. İlk məna budur ki, qalib sərkərdənin gəlişinə görə hamı ayağa qalxır və onun qələbəsini sorğu-sualsız qəbul edir. Bu gün seçkilər belə başlamadan tam əminliklə demək olar ki, İlham Əliyev heç bir çətinlik çəkmədən qalib olacaq. "Qalxın İlham əliyev gəlir"-deyiminin ikinci mənası isə budur ki, cəmiyyət müxtəlif vədlərə baxmayaraq hazırkı prezidentin gəlişini ayaq üstə qəbul edir və beynəlxalq güclərdə bununla hesablaşır. Avropa artıq İlham Əliyevin alternativsiz olduğunu qəbul edir, İlham Əliyevin qərbin enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir.ABŞ İlham Əliyevin üçüncü dəfə prezident seçilməsinə yaşıl işıq yandırıb və verilən bəyanatlar dəstək xarakterli bəyanatlardır. Rusiya prezidenti Vladimir Putin isə Bakıya səfərə gəlir. Bütün bunlar isə açıq şəkildə sübut edir ki, dünya İlham Əliyevə alternativ güc tanımır. Cəmiyyətdə isə belə bir fikir formalaşdırılmışdı ki, hakimiyyət seçkilərə bir neçə namizədlə gedir, hakim komanda da ciddi fikir ayrılığı var və s... Amma aydın oldu ki, deyilənlər sadəcə olaraq qara piardan başqa bir şey deyilmiş. Aydın oldu ki, hakim komanda yenə bir mərkəzdən idarə edilir və kifayət qədər potensiaları var. Bu gün Yeni Azərbaycan Partiyasının seçki kompaniyasına başlaması və ildırım sürəti ilə məqsədə doğru getmələrə sübut etdi ki, hakim komanda seçkilərə tam hazırdır və bu templə görülən işlər təsdiqləyir ki, hakim komandanın , İlham Əliyevin qələbəsinə əngəl olacaq bir detal belə yoxdur.

Finaldan öncəki qələbə

Artıq seçkilərin sona çatmasını gözləməyə ehtiyac yoxdur. Çünki İlham Əliyev indinin özündə artıq bütün parametrləri ilə qələbəni əldə edib. Amma indi də belə bir fikir formalaşdırılır ki, müxalifət gücünü seçkilərdən sonra göstərəcək. Amma hansı gücü və hansı formada? Sualın cavabı isə indidən məlumdur. Məlum olan budur ki, müxalifət istər seçkilərdən öncə, istərsədə seçkilərdən sonra heç bir addım ata bilməyəcəklər. Çünki aydın oldu ki, müxalifət siyasi mübarizə aparmaqdan çox uzaqdadır. Reallığa gəldikdə isə PREZİDENT İLHAM ƏLİYEVİ AZƏRBAYCAN XALQI İNDİDƏN TƏBRİK EDƏ BİLƏR.

12 stul və Şirek sonluğu

Astaf Benderin oğurladığı fiqur tez tapıldı. Amma "12 stul" filmində ki, kimi müasir Astaf Benderi, yəni Rüstəm İbrahimbəyovu heç kim daş-qalaq edib kənddən qovmadı. Çünki müasir Astaf Bender ümumiyyətlə gözə görünmədi. Bir maraqlı fərq isə bu oldu ki, filmdə ki, Bender stulları doğrayaraq içlərindən qızıl axtarırdı. Müasir Bender İbrahimbəyov isə müxalif liderlərinin siyasi karyerrasını bıçaq altına salaraq bir dəfəlik kökündən üzdü. Bu yaraların sağalmasını gözləmək isə sadəcə gtülüncdür. Bu seçkilərdə İsa Qəmbərlə Əli Kərimli İbrahimbəyovun qırmızı şərabla nuş etdiyi qurbanlıq ətinə çevrildi.

Elvin Rüstəmov