İbrahimbəyovun seçki sənədlərinin MSK-ya verilməsi təxirə salındı
20:51 15-08-2013
CƏMİYYƏT
İbrahimbəyovun seçki sənədlərinin MSK-ya verilməsi təxirə salındı
Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsini təxirə salınıb. Milli Şura üzvü Eldəniz Quliyev mətbuata verdiyi açıqlamada R.İbrahimbəyovun sənədlərinin MSK-ya bu gün ərzində veriləcəyini bildirsə də təşəbbüs qrupunun sədri Elman Məmmədzadə bu xəbəri təkzib edib.
E.Məmmədzadə Modern.az saytına açıqlamasında sənədlərdə bəzi çatışmamazlıqların olduğunu deyib:
"Sənədlərdə müəyyən çatışmamazlıqlar var. Bu məsələ üzərində iş aparırıq. Konkret deyə bilmərəm sənədlər MSK-ya nə zaman veriləcək. Bizdən aslı olmayan səbəblərdən bu lənginə baş verir. Hələ vaxtımız var"-deyə M.Şura üzvü qeyd edib.
Qeyd edək ki, E.Quliyev isə bir neçə saat əvvəl açıqlamasında R.İbrahimbəyovun seçki sənədlərinin gün ərzində MSK-ya veriləcəyini bildirmişdi.
Digər Xəbərlər
2024-04-26 10:21:12
2024-04-26 09:53:14
2024-04-26 09:15:18
2024-04-26 08:28:37
2024-04-26 08:18:50
2024-04-26 08:03:57
2024-04-25 20:40:27
2024-04-25 19:23:45
2024-04-25 18:29:31
2024-04-25 18:14:45
2024-04-25 18:08:52
2024-04-25 17:56:30
2024-04-25 17:54:35
2024-04-25 17:53:59
2024-04-25 17:52:08
2024-04-25 17:42:37
2024-04-25 17:37:00
2024-04-25 17:16:26