Zahid Oruc Sərdar Cəlaloğlunun atmacasına cavab verdi
Zahid Oruc Sərdar Cəlaloğlunun atmacasına cavab verdi

Seçki öncəsi ölkədəki siyasi gərginlik artır. Siyasətçilər arasında "söz davası" qızışır. Ötən gün isə prezidentliyə nazmizədliyini irəli sürməsi ilə Ana Vətən Partiyası sıralarından kənarlaşdırılan Zahid Oruca növbəti sərt təpki Sərdar Cəlaloğludan gəldi. Zahid Oruc isə isyasətçi həmkarına cavabını gecikdirmədi.

"Vaxtikən dediyi "istedadlı, qabiliyyətli" kimi xoş sözləri ona xatırlatmaq lazım idi", - deyən Zahid Oruc bildirib ki, Sərdar Cəlaloğlunun yanaşmasına qarşılıq vermədən sayqı və hörmətini izhar edir.
"Onun müxtəlif vaxtlarda, polemikalarda xoş sözləri də olub. Hətta "istedadlısınız" və s. kimi sözlərini də ona xatırlatmaq gərək idi. Hər hansı təşkilatda statusum onun dediyi kimi - köməkçi olmayıb.
Ümumiyyətlə, bir köməkçi, az qala keçmiş dövrün vəziri qaydasında həmin qurumun, təşkilatın lap onun özünün rəhbərlik etdiyi demokrat partiyasının özündə birinci adam qədər ağıllı, təfəkkürlü, qabiliyyətli, daha strateji düşüncəli deyilsə çox pisdir. Unutmaq lazım deyil ki, bir müxalif təfəkkürdə əgər namizdəlik məsələsinə yanaşmada belə baxış varsa görün ki, bunun özü nə dərəcədə təhlükəlidir. Bu adamların demokratlığı bütün paramatri və əyarı burada üzə çıxır".
Bütün bunları siyasi test hesab edən Zahid Oruc onu da bildirdi ki, kimsə köməkçisidrsə, bu, onun müti olmağı anlamına gəlmir. "Söhbət həmin şəxslərin potensialına verilən qiymətdən getmir.
Ümumiyyətlə onların düşüncəsi bundan ibarətdir. Görünür kimsə onlarda köməkçidirsə, bilmirəm onlar yəqin ki, müti olmalıdırlar, yaxud da sadəcə texniki icraçıdırlarmı? Amma siyasi cəhətdən hazırlıqlı, müəyyən sahələr üzrə mütəxəssis olan adamların hər dönəmdə irəliyə çıxma, seçkili orqanlara namizədliyini vermək hüququ mövcuddur. Partiyalar seçki marafonlarına namizdə hazırlayan institut, dövlət orqanlarına kadr formalaşdıran bankdır. Əgər belə deyilsə onda onların adi istehsalat sahəsindən heç bir fərqi olmaz. Lakin bir daha onun tövrünə, yanaşmasına qarşılıq vermədən sayqı və hörmətimi izhar edirəm".
Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ana Vətən Partiyasının keçmiş sədr müavini, deputat Zahid Orucun prezidentliyə namizdəliyini verməsini kəskin ironiya ilə qarşılayıb. "Adamın gülməyi gəlir. Belə də qeyri-ciddilik olar? Zahir Orucun siyasi partiya yaratmasının heç bir əhəmiyyəti yoxdur. Zahid Oruc vaxtilə Fəzail Ağamalının köməkçisi idi, indi partiya sədri olmaq həvəsinə düşüb".