Ermənistan Abxaziyanı ələ keçirir
Ermənistan Abxaziyanı ələ keçirir

Uduzan abxazlarla gürcülər olacaq

Abxaziya Qara dənizin şərq sahilində yerləşir. Gürcüstandan qoparılan bu ərazi indi demək olar ki, De-fakto müstəqildir. Ancaq De-yure müstəqil ola bilməyən Abxaziya rəsmi olaraq yalnız Rusiya Federasiyası, Venesuela və Okeanuyadakı bir neçə cırtdan ada dövlətlər tanınır. 1992-1993-cü illər ərzində gürcülərlə müharibə aparan abxazlar Rusiyanın köməyi sahəsində qalib gəliblər.

Nəticədə bu ərazilərdə tarixən yaşayan və əhalinin 45% və ya 200 minlik gürcü qaçqın durumuna düşüb. 1989-cu il siyahıyaalmasında Abxaziyanın cəmi 17%-ni təşkil edən abxazlar 2010-cu ildəki statistikaya əsasən 52%-ə yüksəliblər. Hazırki dönəmdə abxazlardan sonra separatçı respublikada ikinci çoxsaylı xalq ermənilər sayılır. Gürcü tarixçiləri bu məsələni Rusiyanın bölgədə süni problem yaratmaq cəhdi kimi qiymətləndiririlər və dünyanın ayrı-ayrı ölkəsindən Rusiya və Ermənistan tərəfindən bölgəyə ermənilərin köçürmələrini tarixi dəlillərlə ortaya qoyurlar.
XIX əsrin sonlarında Qara Dəniz sahili boyu məskunlaşmağa başlayan ermənilər bu gün Abxaziyada 220 minlik ən böyük milli azlıqdır. Gürcü-Abxaz münaqişəsində abxazların tərəfini saxlayan ermənilər Sovet Marşalı Baqramyanın şərəfinə adlandırdıqları bir neçə döyüş batalyonu ilə hərbi əməliyyatlarda aktiv iştirak ediblər. Hətta onlardan bir neçə nəfər "Abxaziya Milli Qəhrəmanı" adını qazanıb. Müharibə sonrası iqtisadi çətinliklər şəraitində erməni icması Abxaziyadakı əsas gəlir gətirən sahələri öz əllərinə keçiriblər. Ticarət və xırda bizneslə məşğul olan ermənilər sövet dönəmində adi vətəndaşdan tutmuş partiya rəhbərlərinə qədər hamının istirahət üçün gəldiyi Qaqra kurort şəhərini tam nəzarətə götürüblər. Şəhər əhalisinin 1/3-ni təşkil edən erməni icması burada tənəzzülə uğramış çimərlik və mehmanxanaları öz mülklərinə çeviriblər. Şəhərdə yaradılan "Maştoç" təşkilatı hər il aprelin 24-nü şəhərdə yürüş və anım tədbirləri keçirir.
Abxaziya Erməniləri İttifaqı burada ən böyük etnik təşkilardır. Abxaziya parlamentində 3 deputatla təmsil olunan ermənilər siyasi proseslərə bir o qədər müdaxilə etmirlər kimi görüntü yatarsalar da gələcək hədəf başqa məsələlərə hesablanıb. Bunu 1992-1993-cü illərdə gürcülərlə müharibə zamanı ermənilər açıq şəkildə bildiriblər: Hər nə yolla olur olsun, "Böyük Ermənistan" yaratmaq və Abxaziyanı orada görmək.
Qeyd etmək lazımdır ki, zaman keşdikcə ermənilərin Abxaziyada təsiri artır. Rəsmi statistik mənbələr ölkədə 18% yaxud 45 min ermənini yaşadığını bildirsə də, rus və gürcü ekspertlərin fikrincə bu rəqəm reallığı tam olaraq əks etdirmir. Sepatarçı Abxaziyada ən azı 70 min erməninin yaşadığını deyən xarici ekspertlərin fikrincə, sayı azaltmaqla abxazlar siyasi gediş edirlər. Gürcülərə qarşı birgə vuruşan keçmiş mütttəfiqlər biri-birindən ehtiyatlanmağa başlayıblar. Burada erməni əhalisinin artması abxazlar arasında həyat səviyyəsinin aşağı düşməsi, narkomaniya və miqrasiya prosesləri fonunda baş verir. Ehtimallar səslənir ki, 2021-ci ildə keçiriləcək Abxaziyadakı növbəti siyahıyaalma zamanı erməni əhalinin azı 50 % təşkil edəcək. Abxaziya ermənilərinə hamilik edən isə rəsmi Moskva və Rusiyadakı erməni diasporudur. Abxaziya ilə həmsərhəd Krasnodar diyarında yaşayan yarım milyonluq erməni icması qonşu bölgədəki proseslərə tez-tez müdaxilə edir. Yerli erməni təşkilatlarını və kilsəni maliyyələşdirirlər. Abxaziyada rəsmi şəkildə 45 erməni dilli məktəb fəaliyyət göstərir. Məktəblərdə 16 mindən artıq məktəbli təhsil alır. Rəsmi məlumatlara görə Suxumi rayonun 64% əhalisini ermənilər təşkil edir. Bu rəqəmlərdən göründüyü kimi Abxaziya rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq erməni icmasının çəkisi artmaqdadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu işdə Ermənistanın rolu az deyil. Müxtəlif yollarla əsasən Rusiya vasitəsilə Ermənistan Abxaziya erməniləri ilə əlaqə saxlayırlar. Gürcüstanı qıcıqlandırmamaq üçün onların bunu gizli şəkildə həyata keçirirlər. Lakin son zamanlarda bunu açıq deməkdən belə çəkinmirlər. Belə ki, 2013-cü il aprelin 9-da ikinci müddətə Ermənistan prezidenti seçilən Serj Sarkisyanın andiçmə mərasimində Abxaziya ermənilərinin rəhbərliyi o cümlədən, Abxaziya Erməniləri İttifaqının sədri Xaçik Minasyan və onun müavini "Abxaziyanın Milli Qəhrəmanı" Qalust Trapizonyan iştirak edib. Lakin bu addım Gürcüstan prezidenti Mixail Saakaşvilininin gözündən yayınmır. "Rustavi-2" telekanalına müsahibə verərkən bəzi erməni məmurların Abxaziya barəsində müstəqil dövlət kimi danışmasından qıcıqlandığını bildirir.
"Bu əlbəttə ki, prezident Serj Sarkisyandan qaynaqlanmır. Amma bəzi rəsmi şəxslərin Abxaziya barədə müstəqil dövlət kimi danışmaları bizim üçün qəbuledilməzdi". Vaxtilə müharibədə Gürcüstana qarşı vuruşmuş "Baqramyan batalyonun" komandirlərinin də Sarkisyanın inaqurasiya mərasiminə qatılmasına Saakaşvili öz narazılığını bildirir. "Bizim Xarici İşlər nazirliyi belə məsələlərə reaksiya verməlidi. Hakimiyyətim dövründə erməni həmkarımla dostluq münasibətlərim var, lakin bu kimi halları həmişə qeyd etmək lazımıdı". Rəsmi Yerevan Saakaşvillinin ittihamlarına heç bir cavab vermir. Əksinə yeni yaradılan Diaspora nazirliyi vasitəsilə Abxaziyadakı erməni məktəblərinə kitab-dəftər və müxtəlif ləvazimatlar göndərir. Abxaziyalı müəllimələr Ermənistanda hazırlıq keçirlər.
Bununla yanaşı Ermənistanda keçirilən müxtəlif tədbirlərə Abxaziya erməniləri dəvət olunur. Bütövlükdə, Gürcüstan rəhbərliyindən çəkinən Ermənistan buna rəğmən Abxaziyaya iqtisadi və siyasi təsinin artırmağa davam edir. Yerli erməni icması gələcəkdə bu proseslərdə "beşinci kolon" rolunu oynaya bilər. Nəticədə isə uduzan abxazlarla gürcülər olacaq.
Vüqar İsmayılov