Müsavat-AXCP savaşı yeni müstəviyə keçir
Müsavat-AXCP savaşı yeni müstəviyə keçir

Düşmən köhnə dostların, yəni Müsavat Partiyası ilə AXCP-nin savaşı daha da amansız rəngə boyanmaqdadır. Belə ki "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan öz "facebook" səhifəsində AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun ittihamlarına münasibətini ifadə edərək qeyd edib. A.Ayxan yazır ki, adam "Yeni Müsavat"ı müxalifəti birləşməyə qoymamaqda suçlayır.
Halbuki YM və R.Arifoğlu müxalifətə, MŞ-s hər türlü dəstək verir: "Dəstəklə yanaşı bu düşərgənin, liderlərin səhvlərini, yanlışlarını yazmaqdan, deməkdən də çəkinmir. Sənin lider deyib arxasınca düşdüyün adamın Milli Şuranı, müxalifəti haralara gətirib çıxardığını hələ açıqlığı ilə yazmırıq. Gözləyirik ki bəlkə Allah ona bir azacıq insaf verər, daha böyük biabırçılıqlar etməz, gec də olsa fiaskoya, məğlubiyyətə aparan yoldan dönər".
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin "Unikal"a bildirdiyinə görə, "müsavatla AXCP-nin indi kəskin şəkildə zə çıxan konfliktinin dərin kökləri var. Bu proses hələ AXC hakimiyyətə gələn zamanlardan başlanıb. O zaman İsa Qəmbər Türkiyənin Kültür Dərnəkləri vakfının mandatı və razılığı əsasında Müsavat Partiyasını yaratdı. Əslində, elə AXC-nin əsas ideologiyası da müsavatçılıq idi. İsa Qəmbər öz partiysını yaradandan sonra Xalq Cəbhəsindəki intellektual qüvvələri öz qurmuna yığdı və bu zmış kimi, cəbhəçiləri "çayxana uşaqları", "qaragüruhçular" adlandırmağa başladılar. Elçibəyin hakimiyyəti dönəmində müsavatçılarla indi AXCP-ni təmsil edən yurdçular arasında vəzifə uğrunda amansız mübarizıə başlandı. Hər bir qanad çalışırdı ki, hakimiyyətdə daha çox post tutsun. Beləcə onlaırn vahid ieoloji yolu vəzifə uğrunda gedən savaşlarda dən davası səviyyəsinə endi".
Partiya sədrinin sözlərinə görə, "sonrakı mərhələlərdə müxtəlif siyasi qurmlarda ara-sıra birləşməklərinə baxmayaraq bu münaqişə zaman-zaman daha da dərinləşdir. Hətta vaxtilə İsa Qəmbər Elçibəyin müxalifətin prezidentliyə vahid namizədi olmasına imkan vermədi. Hazırda isə müsavatçılarla AXCP-çilərin bir-birinə nifrəti patoloji norma səviyyəsinə yaxınlaşıb və onların haçansa səmimi siyasi müttəfiqlər rolunda çıxış edəcəyi çox şübhəli görünür. Bu iki partiya zahirən yaxın olanda da düşmənçiliyi tərk etmirlər. Onlar İctimai Palatada ona görə birləşmişdilər ki, bir-birinə daha kəskin zərbələr vursunlar".
AXCP sədrinin müavini Nurəddin Məmmədli sözügedən məsələ ilə ona ünvanldığımız sualı aqressiv şəkildə qarşıladı. Nurəddin Məmmədli hesab edir ki, "AXCP ilə Müsavat Partiyası arasında heç bir münaqişə yoxdur, bu barədə söz-söhbətlər isə mətbuatın uydurmasıdır. Biz hazırda çox məsuliyyətli bir mərhələyə qədəm qoyumuşuq və mühüm qərarlar qəbul eləmişik. İndi qarşımızda bu qərarlaırn icrası ilə bağlı mühüm işlər durur".
Nurəddin Məmədliyə mərbuatda hər iki partiya mənsublarının adından getmiş mülahizələri xatırlatmaq istəyəndə o, sözümüzü ağzımızda qoydu: "Mərkəzi Komitənin tapşırığı ilə Müsavatla bizim aramıza nifaq salmağa çalışmayın! Müsavatla AXCP arasında heç bir problem yoxdur!"
Nə demək olar? Uğurlar olsun...

Natiq Oruclu