Müxalifət savaşa hazırlaşır
Müxalifət savaşa hazırlaşır

Amma bir-biri ilə

Bu gün cəmiyyəti artıq seçkilər yox, seçkilərdən sonrakı proseslər maraqlandırır. Çünki müxalifət lazım olan gücü nümayiş etdirə bilmədi və indidən özləridə bildirirlər ki, əsas vəzifələri seçkilərdən sonrakı proseslərə təsir etməkdir. Bəs əslində seçkilərdən sonra nələr olacaq? Ekspertlər hesab edir ki, müxalifət yalnız mitinqlər keçirtməklə diqqəti özünə cəlb edə bilər.

Hətta oktyabırın 12-də mitinqin olacağıda proqnozlaşdırılır. Ancaq buda bildirilir ki, icazəli mitinqlərdə ortaya güc qoya bilməyən müxalifət icazəsiz mitinqlərə heç min nəfərdə yığa bilməyəcək. Çünki bu seçkilərdə baş verən proseslərdən biri də bu oldu ki, müxalifətə artıq cəmiyyətlə yanaşı sadə müxalifətçilərdə inanmırlar. Elə AXCP sədr müavini Asəf Quliyevin istefa verməsidə bir başa bununla bağlıdır. Buna görə də seçkilərdən sonra müxalifətdən hansısa yenilik gözləməyə dəyməz. Amma əksinə seçkilərdən sonra bütün proseslər elə müxalifətin öz daxilində baş verəcək. Belə ki, AXCP sədrinin birinci müavini Həsən Kərimov açıqlama verib, Rəsul Quliyevi nəzərdə tutaraq bildirib ki, seçkilərdən sonra müxalifətə multfilm deyən şəxslərlə yolları ayırmaq lazımdır. Bu isə sübut edir ki, seçkilərdən dərhal sonra Milli Şura dağılacaq və müxalifət qüvvələrinin bir-biri ilə sərt mübarizəsi başlayacaq. Elə okeanın o tayından gələn xəbərdə bunu təsdiqləyir.“Milli Şuradan kimlərin xalqa ziyan verdiyini, siyasi fəaliyyətini davam etdirmək naminə kimlərdən istifadə etdiyini hamısını deyəcəm”. Bu fikirləri Milli Şura üzvü Rəsul Quliyev bildirib.Eks-spiker Milli Şura üzvlərinə pul ittihamı irəli sürərək onların seçkidən sonra oynadıqları rollara görə qonarar alacağını deyib:-“Bu gün Cəmil müəllimin keçirdiyi mətbuat konfransında nəhayət mənim seçki başlanmamışdan öncə söylədiyim fikirlər öz təsdiqini tapdı.Cəmil müəllim etiraf etdiki, o seçki mühitinin belə acınacaqlı fəlakətli olduğunu indi başa düşüb. Nəhayət məlum oldu ki, azad seçki şəraiti yaratmadan nəinki udmaq heç təbliğat aparmaq da mümkün deyil. Məni camaatı ruhdan salmaqda ittiham edən qəhrəmanlar bir ay bundan öncə söylədiklərimi Cəmil müəllim səs verməyə bir gün qalmış dedi, ruhdan düşməyin. Mən sizin dediyiniz kimi okeanın o tayında oturmağıma baxmayaraq Azərbaycanda vəziyyəti , hadisələrin necə inkişaf edəcəyini deyəsən sizlərdən yaxşı bilirdim. Seçkilərdən sonra kimlər belə bir vəziyyətin yaranmasında əsl səbəbkardır, Milli Şuradan kimlərin xalqa ziyandan başqa heç bir şey verməyən siyasi fəaliyyətini davam etdirmək naminə istifadə etdi barədə məlumat verəcəyəm. Azərbaycanda seçki yox kimlərinsə ssenarisi ilə seçki şousu göstərilir. Təəssüfki Milli Şuranın bəzi üzvülərinin də bu şouda epizodik olsada rolları var, qonararlarını seçki qurtarandan sonra alacaqlar”. Ekspertlər bunu da bildirir ki, seçkilər sona çatandan sonra ACP,ALP və “El” hərəkatı Milli Şuranı tərk edəcək. Bunu ALP sədri Əvəz Temirxanlıda açıqlamasında üstüörtülü şəkildə demişdi və bildirmişdi ki, seçkilərdən sonra çox şeyləri açıqlayacaqlar. Çox böyük ehtimal ki, müxalifət düşərgəsində ALP-Müsavat savaşı başlayacaq. Bundan başqa AXCP ilə Müsavat arasında da münasibətlər yaxşı deyil və seçkilərdən sonra iki partiyada savaşa qalxacaq. Çünki Müsavat hesab edirdi ki, Rüstəm İbrahimbəyov Rusiyanın oyunudur və bundan qaçmaq lazımdır. Amma AXCP dirəniş göstərdi və Müsavat bu oyunun içinə düşdü. Beləliklə hesab etmək olar ki, seçkilərdən sonra sadəcə olaraq müxalif daxili qüvvələr bir-biri ilə haqq-hesab çəkəcəklər.
Fuad Əliyev