Rasim Musayev Daxili Qoşunlara komandan gəlir
Rasim Musayev Daxili Qoşunlara komandan gəlir

Adı qalmaqallarda hallanan general rəqiblərinə güc nümayiş etdirəcək

Prezident seçkilərindən sonra bir neçə nazir postunu itirdi ki, bunlardan biri də müdafiə naziri Səfər Əbiyev oldu. Belə ki, Səfər Əbiyevi Daxili Qoşunların komandanı Zakir Həsənov əvəzlədi.
İndi isə diqqət Daxili Qoşunlara kimin təyin olunmasına yönəlıb. “Unikal”a daxil olan məlumata görə bu posta Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi,general-mayor Rasim Musayev göstərilib.Hətta Daxili Qoşunların zabit heyətində də bu mövzu gündəmdədir. Qeyd edək ki, Rasim Musayevin adı qalmaqallarda tez-tez hallanan generallardandır. Bunu da xatırladaq ki, Daxili Qoşunlar kifayət qədər səlahiyyətlərə sahib olan bir strukturdur və onun fəaliyyət dairəsi bir nazirliyin səlahiyyətləri həddindədir.”Unikal”a daxil olan daha bir məlumata görə bu posta gətirilən Rasim Musayevin rütbəsidə artırılacaq. Mənbə bildirir ki, məhz bu üstünlüklərə sahib olandan sonra Rasim Musayev rəqiblərinə güc nümayiş etdirəcək. Nəzərinizə çatdıraq ki, Rasim Musayev müxtəlif postlarda çalışdığı zaman müəyyən qruplaşmalarla üz-üzə gəlmişdi və indi yaranan imkanlardan istifadə edərək rəqiblərinə son zərbəsini vuracaq.
Xəbər xidməti