Azərbaycanda vəhabi dalğası
Azərbaycanda vəhabi dalğası

Real təhlükə hələ qabaqdadır

Rusiyanın “Novoya qazeta”sı Azərbaycandakı dini proseslərlə bağlı məqalə dərc edib.Azərbaycanın dünyada tolerantlıq nümunəsi ola biləcək ölkələrdən biri kimi qeyd olunduğu yazıda Çeçenistandakı müharibədən sonra ölkədə dini radikalların – vəhabilərin sayının artdığı göstərilir.“Novoya qazeta” iddia edir ki, Azərbaycanda vəhabiliyin yayılmasına Səudiyyə Ərəbistanı sponsorluq edir. Onlar xeyriyyəçilik pərdəsi altında məcburi köçkün və yaşayış səviyyəsi aşağı olan insanlar arasında öz ideyalarını yayırlar.

Onları xarici dini müəssisələrdə təhsil almağa dəvət edən səudiyyəli missionerlər böyük maliyyə imkanlarına malikdirlər.Yazıda vəhabilərin bir neçə il əvvələ kimi 15-20 min arasında olduğunu qeyd edən müəllif hazırda küçələrdə hicablı qadınların və saqqallı gənclərin çox olduğunu müşahidə edib. Müəllif vəhabilərin cəmiyyətdə mövqelərini bərkidərək artıq hüquq-mühafizə orqanlarına belə müqavimət göstərdiyini qeyd edib.Maraqlıdır, bəs həqiqətdə vəhabilər azərbaycan üçün nə qədər təhlükə ola bilər? “Unikal”ın apardığı araşdırmalara görə vəhabilər 1993-cü ildən Azərbaycanda aktivləşməyə başlayıb. Öncələr diqqətdən kənarda qalmağa çalışan təriqət üzvləri daha çox dini marifləndirmə ilə məşğul olurdular və çox sayda dini kitabların çapına nail ola bilmişdilər. Bununla yanaşı “Əbu-Bəkr” məscidinin inşaasınada nail oldular və məscid fəaliyyətə başlayandan sonra yüzlərlə gənc Səüdiyyə Ərəbistanına təhsil almağa göndərildi. Vəhabilərin Azərbaycandakı dini lideri Şeyx Qamətdə Səüdiyyə Ərəbistanında təhsil almışdı və ətrafına topladığı şəxslərdə Səüdiyyə Ərəbistanı ilə sıx bağlı idi.

Birinci dalğadan
sonrakı radikallıq
Yuxarıda da göstərdiyimiz kimi vəhabilər fəaliyyətə başladıqları ilk illərdə daha çox tərəfdar toplamaqla məşğul idilər və radikallıqdan çəkinirdilər. Amma Çeçen savaşı başlayandan sonra bu təriqətdə radikallıq artmağa başladı. Onlarla gənc Çeçenistana yola salındı və Bakıda fəaliyyət göstərən gənc vəhabilər Azərbaycanı islam ölkəsi kimi görmək çağırışı ilə çıxış etməyə başladılar. İlk dəfə idi ki, vəhabilər müasir geyimli qızlara qarşı aqressivlik göstərməyə başladılar və özlərini cəmiyyətdən təcrid etmə xətti tutdular. Həmin zaman bu etirazlar sosial zəmində olduğundan diqqəti o qədər də cəlb etmirdi. O, zamana qədər ki, çeçen savaşında iştirak edən azərbaycanlı mücahidlər Azərbaycana qayıtmamışdılar. Onların qayıdışı ilə yanaşı ,Səüdiyyə Ərəbistanında təhsil alan yüzlərlə gəncdə vətənə qayıtdıla. Məhz bu anda məlum oldu ki, vəhabilərin daxilində parçalanma yaranır. Şeyx Qamətin rəhbərlik etdiyi qanad iddia edirdi ki, hələ kütləviləşməyə ehtiyac yoxdur və marifləndirmə işlərini davam etdirmək vacibdir. Digər qanad isə hesab edirdi ki, İslam xilafəti yaratmaq üçün konkret addımlar atılmalıdır və əhaliyə təzyiq göstərməklə onları vəhabi təriqətini cəlb etmək lazımdır. Bu arada üçüncü bir qanadda yaranmışdı ki, onlar daha çox bölgələrdə fəaliyyət göstərirdilər.

Biznes şəbəkəsinin
ilk addımları
Məlum oldu ki, üçüncü qanad daha çox bölgələrdə fəaliyyət göstərirdi və onlar üçün əsas faktor maliyyə idi. Rayonlarda sosial problemləri olan sakinlərə maliyyə ayrılır, fermer təsərrüfatları yaradılır və beləliklə həmin şəxsləri maddi baxımdan təsir altına salandan sonra dinə meyilliliklərini yaradırdılar. Bu sistemlə Tərtərdə, Bərdədə kifayət qədər gücə sahib ola bildilər. Çox maraqlı haldır ki, vəhabilərin maliyyə dəstəyi ilə təsərrüfat yaradan şəxslərdən də tələb edilirdi ki, başqa 3 şəxsə maliyyə dəstəyi göstərsin və onlarda bu təriqətin üzvü olsunlar. Beləliklə də zəncirvari bir sistem yaradıldı və indinin özündə də bölgələrdə vəhabilər kifayət qədər artıb və heç də kasıb təbəqə sayılmırlar.

Şeyx Qamətə ilk zərbə
1998-ci ildə artıq vəhabilər kifayət qədər armışdı və radikal qanad demək olar ki, tamamı ilə şeyx Qamətin nəzarətindən çıxmışdı. Apardığımız araşdırmalar da təsdiqləyir ki, 1998-ci ildən sonra vəhabilər tam olaraq iki yerə bölündülər. Radikal qanad hesab olunan havariclər elə vəhabilərin özlərini kafir elan etdilər və şeyx Qaməti artıq tanımadıqlarını bildirdilər. Havaric hesab olunan bu qanad qısa müddətdə Çeçenistandakı ərəb mücahidlərlə bir başa təmasa keçdilər və bəyan etdilər ki, yeganə çıxış yolu silahla inqilabdır. Azərbaycanın şimal bölgəsində və Sumqayıtda məskunlaşan havariclər artıq mobil dəstə şəkilində idilər və demək olar ki, tam silahlanmışdılar. Və ilk qığılcımlar polislə müqavimət şəkilində ortaya çıxdı. Zaqatalada və Qusarda tam itaətsizlik göstərən havariclər polislə toqquşmaya getdilər və silahdan istifadə olundu. Bundan dərhal sonra ciddi əməliyyatlar həyata keçirildi və havariclərin bir hissəsi ölkəni tərk etməli oldu. Şeyx Qamət isə açıq bəyanat verərək bu şəxsləri özlərinin düşməni elan etdi.

Terror yeganə çıxış yolu

2005-ci ildən etibarən vəhabilərlə yollarını tam ayıran havariclər ölkənin müxtəlif bölgələrində terror aktları həyata keçirtməyə başladılar. Bir başa Səüdiyyə Ərəbistanından maliyyə alan havariclərin hədəfindəkilər isə vəhabilər oldu. Onların məntiqi ilə şeyx Qamət başda olmaqla sələflər xəyanət ediblər və hakimiyyətlə iş birliyindədirlər. Bna görə də onların cəzalandırılması tələb olunurdu və bir neçə il öncə məsciddə terror aksiyası həyata keçirildi. Bununla da bir tərəfdən məscid bağlandı, digər tərəfdən isə havariclər ölkədən çıxmağa başladılar. Buna baxmayaraq onların yenə Azərbaycanda şəbəkələrinin qaldığı və istənilən an ayağa qalxa biləcəkləri proqnozlaşdırılır.

Havariclər
mücahid qismində
Arıq buda aydın olur ki, bu günün özündə Suriyada, İraqda, Pakistanda, Əfqanıstanda silahlı qruplaşmalar daxilində savaşan azərbaycanlılar var. Bunların bir qismi Türkiyə vasitəsi ilə, bir qismi isə Çeçenistan vasitəsi ilə bu xəttə düşüblər. Ekspertlər hesab edir ki, onların sayı
kifayət qədər artmaqdadır. Ekspertlər bunu da bildirirlər ki, azərbaycanlıların mücahid dəstələrinə qoşulmaları hələ birinci çeçen savaşı zamanından baş verib. O zaman Çeçenistana dəstək verməyə gedənlərin böyük bir hissəsi keçmiş döyüşçülər olublar. Amma sonradan onların bir qismi döyüşlərdə həlak olub, bir qismi isə ümumiyyətlə ölkəyə qayıtmayaraq əsasən Ukrayna və Türkiyə kimi ölkələrdə bizneslə məşğul olmağa başlayıblar. Azərbaycanda ikinci mücahid dalğası isə ikinci çeçen savaşı nəticəsində formalaşıb. Bu dəfə isə Çeçenistana millətçilər yox, dindarlar üz tutub. Çox maraqlıdır ki, ərəb komandanları öncələr azərbaycanlı mücahidlərə inanmasalarda sonradan onları da yaxına buraxdılar və demək olar ki, aparıcı simalara çevirdilər. Apardığımız araşdırmalar bunu da sübut edir ki, həmin illərdə Çeçenistana gedən onlarla azərbaycanlı gəncin bir hissəsi daha sonra Əfqanıstana, Ərəbistana və Pakistana aparıldılar. Bununla da ərəb mücahidlərinin, o cümlədən Əl-Kaida kimi təşkilatların azərbaycanlı gənclərə maraqları artdı. İndinin özündə də bu proses davam edir və onlarla gənc müxtəlif ölkələrdə bu radikal qruplaşmaların daxilindədirlər. Bir müddət öncə ortaya çıxan fakt isə sübutladı ki, bu gənclər ölkədən hansı xətlərlə çıxırlar. Aydın oldu ki, əsasən hazırda üç marşurutla gənclər ölkədən çıxarılır. Bunlardan biri İran xəttidir ki, bu xətlə ölkəni tərk edənlər Qum şəhərində təlimlər keçir və daha sonra əsasən İraqa və Pakistana yola salınırlar. Bunlar şiə təriqətindən olan şəxslərdir və daha çox İranın nəzarətində olan təşkilatlarda döyüş hazırlıqları keçirlər. İkinci qrup Səüdiyyə Ərəbistanına bağlı qrupdur və onların ölkəni tərk etməsi bir tərəfdən çeçen mücahidləri tərəfindən reallaşdırılır, digər tərəfdən isə Azərbaycanda indidə mövcud olan havariclər tərəfindən. Bu qanada daxil olan mücahidlər daha təhlükəli mücahidlər hesab edilir və ən qatı silahlı birləşmələrdə təmsil olunurlar. Bunu da qeyd edək ki, bu xətlə aparılanlar əsasən tələbələr olur və sonradan onların Azərbaycana qayıtmaması üçün hətta sənədlərindən belə mərhum olunduqları söylənilir. Sonuncu dəfə belə olay Bakı Dövlət Universitetinin tələbələrindən birinin başına gəlib. Belə ki, evdən çıxaraq dərsə gedən tələbə bir daha geri qayıtmayıb. Hüquq-mühafizə orqanlarının axtarışı zamanı məlum olub ki, tələbə ölkədən çıxıb. Və bundan bir müddət sonra həmin gənc yalnız bir dəfə ailəsi ilə əlaqə yarada bilib və bununla da ünsiyyət kəsilib. Ekspertlər bildirir ki, ümumiyyətlə bu xəttə cəlb olunan gənclər haqqında çox az bilgilər olur və belə ehtimal da var ki, həmin gənclər çox tez bir zamanda qurbanlıq verilirlər. Yəni ən ağır terror əməliyyatlarına cəlb edilirlər. Nəhayət üçüncü xətt daşıycıları Türkiyə vasitəsi ilə bu təşkilatlara yol tapan gənclərdir. Bir neçə il öncə İraqda savaşan və daha sonra məhşur Quantanama həbsxanasına düşən azərbaycanlı gəncdə Türkiyədə təhsil alan gənc idi və Türkiyədə ki, dini təriqətlərdən birinin xətti ilə İraqa gedibmiş. Müşahidəçilər bunu da qeyd edir ki, əsasən bu qüvvələr o gəncləri özlərinə cəlb edirlər ki, onlar ya iradəcə kifayət qədər zəif olurlar, ya da maddi sıxıntı içində yaşayırlar.

Qayıdış
Ekspertlər hesab edir ki, bu halların mövcudluğu Azərbaycanın sabahı üçün real təhlükə olacaq. Çünki hazırda müxtəlif ölkələrdə savaşan bu gənclər sabah Azərbaycana qayıdacaqlar və onların mövcud halda rahat yaşamaları inandırıcı deyil. Ən azından onların sabah real terror təşkilatları yaradacağı qaçılmaz hala çevriləcək. Buna görə ekspertlər hesab edir ki, indidən bu şəxslərin siyahısı aparılmalı və hər zaman nəzarətdə olmalıdırlar. Bundan başqa iddia edilir ki, Səüdiyyə Ərəbistanında təhsil alan tələbələrdə tam nəzarətdə olmalıdırlar.

Mehdi Əli