Əsgər ölümünə görə korpus komandirləri  təşviş içərsindədirlər
Zakir Həsənovun kadr dəyişikləri generalları bitirir, hərbi prokror Xanlar Vəliyevdə hərəkətə keçib

Yeni müdafiə naziri Zakir Həsənovun son günlər həyata keçirtdiyi kadr islahatları davam edir və hazırda postundan kənarlaşdırılan generalların sayı beşi keçib .Amma bu hələ ki, başlanığıcdır. “Unikal”a daxil olan məlumata görə nazir Müdafiə Nazirliyində təmizlik işlərini aparmaqla yanaşı, artıq korpuslardakı vəziyyətlə də maraqlanmağa başlayıb və bir neçə korpus komandiri nəinki vəzifələrindən azad ediləcək, hətta rütbələri aşağı salınacaq həbsə göndərilənlər də olacaq.
Buna səbəb isə son illər orduda əsgər ölümlərinin sayının həddindən artıq artmasıdır. Atəşkəs dövründə onlarla əsgərin intihar etməsi, müammalı şəkildə qətlə yetirilməsi, hətta əsgərlərin bir-birini güllələməsi sözsüz ki, qəbuledilməzdir. Hərbi ekspertlər iddia edirdilər ki, bunun iki başlı səbəbi var. İlk səbəb korpus rəhbərliyinin korrupsiyaya bulaşmaları və idarəetməni itirmələri, digər səbəb isə orduda “dedovşina” sisteminin varlığı idi. Hətta bir il öncə Şəmkir korpusunda əsgər ölümü ilə bağlı, Müdafiə Nazirliyinin yox, prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi general Vahid Əliyevin korpusla bağlı hazırladığı və prezidentə təqdim etdiyi hesabatdan sonra korpus komandirinin rütbəsi aşağı salındı və tutduğu vəzifədən kənarlaşdırıldı. Həmçinin məsuliyyət daşıyan iki zabit həbs olundu. Mənbənin dediyinə görə əslində Respublika Hərbi Prokurorluğunda əsgər ölümü ilə bağlı açılan cinayət işlərinin əksəriyyətində korpus komandirlərinin və ən yüksək ranqlı zabitlərində adı hallanıb. Amma o zaman Səfər Əbiyevinn təzyiqləri ilə bu zabitlər cinayət məsuliyyətindən kənarda qala bildilər. İndi isə bildirilir ki, Zakir Həsənov əsgər ölümləri ilə bağlı cinayət işlərinin yenidən aktivləşməsini istəyib və hərbi prokuror Xanlar Vəliyevin artıq bu istiqamətdə müəyyən işlər görüb. Qeyd olunur ki, yeni nazir cinayət işlərini aktivləşdirməklə əslində bir tərəfdən orduda məsuliyyət hissini yaradır, digər tərəfdənsə cəmiyyətdə yaranan etirazları sakitləşdirməyə müvəffəq olur. Beləliklə yaxın günlərdə Müdafə Nazirliyinin gərargahında təmizlənmələrin şahidi olduğumuz kimi, korpuslarda da təmizlənmələrin, hətta həbslərin şahidi olacağıq.
Elvin Rüstəmov