Füzuli Ələkbərovun ələ keçirtdiyi 7 milyon
Füzuli Ələkbərovun ələ keçirtdiyi 7 milyon

Sabiq nazir yığılan pulların güdazına gedib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları davam edir. Nazir Füzuli Ələkbərovun istefaya göndərilməsindən sonra nazirlikdə demək olar ki, rəhbərlikdə olan bütün şəxslər vəzifələrindən azad edildi. Əslində ilk baxışdan bu rotasiya, kadr yeniləşməsi kimi qəbul oluna bilər. Amma sən demə məsələnin kökündə tamam başqa amillər dururmuş.

“Unikal”a daxil olan məlumata görə kütləvi işdən çıxarmalar 7 milyon manat pulla bağlıdır. Mənbə bildirir ki, hələ seçkilər ərəfəsində nazir Füzuli Ələkbərovun əmri ilə nazirliyin bütün mərkəz və yerli strukturlarından ağılasığmaz məbləğ tələb olunub. Keçmiş nazir nə az nə çox 7 milyon manat pulun toplanmasını tələb edib. İlk anda buna etirazlar olsada, sonradan çıxılmaz vəziyyətdə qalan rəhbər şəxslər mərkəzdə və bölgələrdə pul yığımına başlayıblar. Buda qeyd olunur ki, elə idarə rəisi olub ki, deyilən məbləği toplaya bilmədiyinə görə borc almalı olub. Beləliklə qısa müddətdə Füzuli Ələkbərovun tələb etdiyi pullar toplanıb. Mənbənin sözlərinə görə bu məsələdən Prezident Admnistrasiyası pul toplanıb Füzuli Ələkbərova veriləndən sonra xəbər tutulub və dərhal bu cür genişştablı korrupsiya oyunu ilə bağlı nazirdən izahat tələb olunub və nəticədə nazir postunu itirib. Həmçinin yeni nazirə bir başa tapşırıq verilib ki, 7 milyonluq oyunun içində olan bütün iriçaplı məmurlar dərhal işdən kənarlaşdırılsın. Bunu da qeyd edək ki, hazırda bu məsələ müxtəlif orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və Füzuli Ələkbərov hədəfdədir. Mənbənin sözlərinə görə hətta keçmiş nazirin nəhəng biznes imperiyasıda artıq tam nəzarətə götürülüb və çox böyük ehtimal ki, Füzuli Ələkbərov əsas biznes strukturlarından imtina etməli olacaq. Xatırladaq ki, keçmiş nazir bir neçə iri şirkəti tərkibində birləşdirən “İmproteks” şirkətinə sahibdir. Nazir təyin olunandan sonra bu şirkətə rəhbərlik yaxın qohumlarının adına keçirilsədə yenə də qeyri-rəsmi işlərə rəhbərliyi özü həyata keçirib. Bundan başqa bildirilir ki, Füzuli Ələkbərovun ölkə xaricində də kifayət qədər böyük biznes şəbəkəsi var. Hələ bir il öncə Füzuli Ələkbərov hakimiyyət daxili qruplaşmaların episentrinə düşəndə uzun müddət bu postda qala bilməyəcəyini bilirdi. Buna görə də nazirlik vasitəsi ilə qazanılan çirkli pulları şirkətləri vasitəsi ilə yuyaraq, leqal pul kimi xarici ölkələrdə biznesə yönəldibmiş. Sonda bunu da xatırladaq ki, Füzuli Ələkbərov seçkilər öncəsi artıq postunu itirəcəyini bildiyi üçün 7 milyon manat pulun yığılmasını tələb edibmiş. Amma görünür Füzuli Ələkbərovun son maxenasiyası onu bir dəfəlik bitirəcək.
Elvin Rüstəmov