Ançelotti “Qalatasaray”ı daha şanssız hesab edir
Ançelotti “Qalatasaray”ı daha şanssız hesab edir

Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Real” səfərdə “Yuventus” ilə 2:2 bərabərə qalıb. Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən Madrid klubunun baş məşqçisi Karlo Ançelotti komandasının çıxışını dəyərləndirib.
İtaliyalı mütəxəssis yetirmələrinin oyunundan razı qaldığını bildirib: “Göstərdiyimiz çıxışdan razı qaldım. İlk yarıda Poqba cə Marçisionu durdurmağa çalışdırdıq. Amma sonra bunu dəyiştirdik və komanda şəklində meydançanın hər yerində rəqibə pressinq tətbiq etməyə başladıq. “Yuventus” bu gün qapıya asmalarla hücum təşkil etmək istəyirdi. Ancaq Ramos onlara imkan vermədi. Qollarımızı Ronaldo və Beyl vurdu, amma Benzema da vura bilərdi. O, da Pirlonu dayandırmaqla məşğul idi. Bəlkə də yorğun olduğu üçün fərqlənə bilmədi”.
B qrupundakı vəziyyəti də dəyərləndirən Ançelotti “Qalatasaray”a nisbətən, “Yuventus”un mərhələ adlamaq şansının daha çox olduğunu deyib: “Kopenhagen” – “Qalatasaray” (1:0) qarşılaşmasını nəticəsinə nəzər yetirəndə “Yuventus”un qrupu ikinci yerdə başa vuracağını düşünürəm”.
"Yuventus" klubunun qapıçısı Canluici Buffon isə Madrid "Real"ı ilə baş tutan görüşdən sonra komandasının istədiyi yerdə olmadığını bildirib: "Ötən mövsüm qazandığımız xallara baxdıqda, hazırda istədiyimiz yerdə deyilik. "Real"la oyunda qələbə qazana, məğlub ola və ya bərabərə qala bilərsiniz. Ancaq "Real"ın oyunun taleyini dəyişə biləcək futbolçuları yetərincə olduğundan onlara qarşı oynamaq çox çətindir. Həmkarım İker
Kasilyasa gəlincə isə o bu oyunda özünü bir daha sübut etdi. 10 ballıq sistemlə Kasilyasa 7 xal verərdim".
Son olaraq komandaların növbəti oyunları haqda danışan Buffon "Qalatasaray"ın Madrid səfəri haqda bunları deyib: "Artıq biz evdə "Kopenhagen"ə qalib gəlmək məcburiyyətindəyik. "Qalatasaray" isə Madriddə "Real"ın qonağı olacaq. Ancaq "Qalatasaray"ın kağız üzərində "Real"a məğlub olacağını deyə bilmərik".