Əli Həsənov: “İndiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət qeyri-qanuni olub”
Əli Həsənov: “İndiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət qeyri-qanuni olub”

“Bizim “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bu məsələlər ətrafında danışıq aparmaq fikrimiz və ehtiyacımız yoxdur”

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ilə bağlı yaranmış problemə münasibət bildirərək deyib ki, mən hakimiyyət nümayəndəsi olaraq bu qəzetlərin düşdüyü vəziyyəti hakimiyyətin gördüyü tərzdə ifadə etmişəm.
Bu qəzetlər son zamanlar niyə pis satılır? Nəyə görə oxucular onları almırlar? Nəyə görə onların tirajları aşağı düşür? Mən bu məsələlərə münasibət bildirmişəm. Mənim bu münasibətlərimdə adıçəkilən qəzetlərin necə olmaları ilə bağlı tövsiyə və yaxud da göstəriş yoxdur. Onlar müstəqil mətbuatdırlar. Necə istəyirlərsə, o cür də işləyə bilərlər. Müstəqil mətbuatı hakimiyyətlə bağlayan yeganə amil onların eyni cəmiyyətdə fəaliyyət göstərməsidir. Mən o qəzetlərə nə hansısa təkliflər vermirəm, nə də hansısa məsələlər ətrafında öz mövqelərindən imtina eləməyə çağırıram. Sadəcə olaraq fikirlərimi bildirmişəm. Bu fikri onlar qəbul edə də bilərlər, etməyə də. O ki qaldı onların sonrakı fəaliyyətinə, hər biri maliyyə məsələlərini müstəqil həll eləməli, cəmiyyətlə münasibətlərini media etikasına, əxlaq normalarına uyğun olaraq özləri müəyyənləşdirməlidirlər. Müvəffəqiyyətlərinə də, uğursuzluqlarına da özləri cavabdeh olmağı bacarmalıdırlar:-“ Bizim “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bu məsələlər ətrafında danışıq aparmaq fikrimiz və ehtiyacımız yoxdur. O cümlədən, düşünürəm ki, bu qəzetlərin də buna ehtiyacı yoxdur. Əgər onlar özlərinin çətin vəziyyətə düşmələrinin səbəbini hakimiyyətlə bağlamaq istəyirlərsə, mən buna təəssüflənirəm.
“Metroservis”in fəaliyyətinin dayanmasının mətbuatın tirajına heç bir təsiri yoxdur və olmayacaq da. Ümumiyyətlə, kim qəzet almaq istəyirsə, Bakı şəhərində kifayət qədər satış məntəqəsi var və həmin yerlərdə də qəzetlərin satışı təmin olunur. Metro insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür. Metro insanların qəzet, kitab ticarəti fəaliyyəti ilə məşğul olması üçün heç də n münasib yer deyil. İndiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb. Düşünmürəm ki, metroda mətbuat satışının dayanması qəzetlərin tirajına təsir göstərəcək. Qəzetlərin tirajına təsir göstərən yeganə amil varsa, o da ictimai tələbatdır, insanların azad sözə olan ehtiyacıdır və mətbuat orqanlarının o ehtiyacı ödəmək qabiliyyətidir”.
Alı