Müğənni Röya: "Onu çox qısqanıram"
Müğənni Röya: "Onu çox qısqanıram"

Aparıcı C.Bektaş Röyanın fərqli səsinə heyran olduğunu deyib

Müğənni Röya Ayxan "Bugün TV"-də Ceren Bektaşın qonağı olub. Aparıcı C.Bektaş Röyanın fərqli səsinə heyran olduğunu deyib. Aparıcı "Azərbaycanın Riannası" deyə təqdim etdiyi sənətçinin ünvanına təriflər yağdırıb:
"Riannaya çox bənzəyirsən. Səsin gözəl və fərqlidir, mahnılarına qulaq asmışam. Kliplərin də sevilir. Türkiyədə səni bəyənirlər. Türk dilində çox yaxşı danışırsan. Azərbaycanlı olduğunu heç hiss etmədim". Röyanın qıvrım saçlarını bəyəndiyini deyən Ceren gələn dəfə qonağı olanda o düzümlə gəlməsini istəyib. Yeniliklərindən və Türkiyə şou-biznesinə qatılmasından danışan Röya üçüncü sinqlını hazırlayır:
"Buraya gələndə ilk vaxtlar hansı millətin üzvü olduğumu demək istəmirdim. Əvvəl tanınmaq, sonra özüm haqqında məlumat çıxsın istəyirdim. Amma elə oldu ki, qısa vaxtda tanındım və azərbaycanlı olduğum bilindi. Çox gözəl bəstəkarlarla çalışdım. Hazırda üçüncü sinqlmı hazırlayıram. Burada Gülşənlə olan yeni duetimiz yer alacaq. İlk vaxtlar deyirdim ki, əgər sevilməsəm, müsbət münasibət görməsəm, davam etməyəcəm. Elə ilk mahnıdan sonra buradakı fəaliyyətimi dayandıracam. Amma mahnılarımın bəyənildiyini gördüm və davam etmək qərarına gəldim".
Şəxsi həyatından danışan Röya həyat yoldaşını qısqandığını etiraf edib: "Çox qısqancam, sevdiyim insanla tez-tez dava edirəm. Bu normaldır, münasibəti daha da möhkəmləndirir. Onu hətta dostuma qarşı da qısqanıram".