18 Noyabr 2019
17 Noyabr 2019
Qovulan “VTEK” sədrləri intihar həddində!
Qovulan “VTEK” sədrləri intihar həddində! İQTİSADİYYAT 10:42 2013-12-05

Qovulan “VTEK” sədrləri intihar həddində!

Qovulan “VTEK” sədrləri intihar həddində!

Onlar niyə çıxılmaz duruma düşdülər?

Xəbər verildiyi kimi, ötən həftənin son iş günü Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK; xalq arasında "VTEK" kimi məşhurdur) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda nazir müavininə tapşırıq verilib ki, dekabr ayının sonunadək arayış sistemi ləğv olunsun və elektronlaşdırılsın.

Daha sonra S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.
Dünən isə “Unikal” etibarlı mənbələrdən bu xəbərin davamı olaraq, ilginc bir bilgi əldə edib. Həmin məlumata görə, işdən qovulan bəzi “VTEK” sədrləri olduqca çətin situasiya ilə qarşı-qarşıya qalıblar. Belə ki, onların bəzilərində yüzlərlə haqqı əvvəldən alınmış iş olub. Elə “VTEK” sədri var ki, ən azı 300 vətəndaşdan onlara əlillik dərəcəsi vermək vədi ilə pul alıb. Onlara bir qədər gözləmələrini, yeni nazirlə “dil” tapdıqdan sonra vədlərini yerinə yetirəcəklərini deyiblər. Amma heç proqnozlaşdırmadıqları halda işdən qovulmaları həmin komissiya sədrlərinin bu planlarını pozub. Vətəndaşlardan aldıqları pulları “yeyib” üstündən də su içən belə TSEK rəhbərləri indi nə aldıqları həmin rüşvətləri sahiblərinə geri qaytara bilirlər, nə də vədlərinin üstündə durmağa imkanları var.
Bu isə hətta bəzi “VTEK” sədrlərini “tupik”ə dirəyib. İddialara görə, onlar arasında hətta intihar dərəcəsinə çatanlar da olmamış deyillər. Onlar düşdükləri bu ağır situasiyadan xilas yolu tapmaqda çətinlik çəkirlər. Vətəndaşlar isə belə TSEK sədrlərindən ya dərhal pullarının qaytarılmasını tələb edirlər, ya da onlardan üst instansiyalara şikayət edəcəklərini, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər aidiyyatı orqanlara üz tutacaqlarını bildirirlər.
Belə olan təqdirdə durumlarının daha da pisləşəcəyini yaxşı bilən həmin “VTEK” sədrlərinin səksəkəsi son həddə çatıb. Bundan sonrasının necə olacağını isə yəqin ki, zaman göstərəcək.

İlkin Rzazadə