Nazir oğlu Seyda Yahyayevaya “Maserati”hədiyyə etdi
Nazir oğlu Seyda Yahyayevaya “Maserati”hədiyyə etdi
Qiyməti 500 min manat olan hədiyyə şou aləmini şoka salıb

Son zamanlar Azərbaycanda dəbdə olan ənənələrdən biri də müğənnilərə qiymətli hədiyyələrin verilməsidir. Hətta Türkiyə mətuatında belə bir xəbər də dərc olundu ki, azərbaycanlı nazirin oğlu türk müğənniyə 20 min dollarlıq çanta hədiyyə edib. Azərbaycanın özündə isə gənc müğənni xanımların oliqarx-məmurlar tərəfindən himayə olunmaları, maşın və ev hədiyyə almaları adi hala çevrilib.
Bu günlərdə isə müğənni Sevda Yahyayeva hədiyyə almaq üzrə rekordu təzələyib. “Unikal”a daxil olan məlumata görə, Sevda Yahyayeva bu günlərdə bir nazir oğlu ilə tanış olub və əlaqələri daha da dərinləşib. Qeyd edək ki, bu tanışlıqdan sonra Sevda Yahyayevaya nazir oğlu 500 min manatlıq “Maserati” markalı maşın hədiyyə edib.
Bunu da qeyd edək ki, öncələr də Sevda Yahyayevaya kimlərsə tərəfindən müxtəlif hədiyyələr verilib, hətta onun üçün konsertlər də təşkil olunub. Amma bu dəfəki hədiyyəsi kifayət qədər dəyərli olduğu üçün xanım müğənni “val”ını dəyişib. Müğənniyə 500 min manatlıq hədiyyə verən nazir oğlunun kimliyini bilsək də, bəzi məqamları dəqiqləşdirəndən sonra onun adını nəzərinizə çatdıracağıq.
İlkin Rzazadə