Vəli Məmmədovun pul yuma metodu
Vəli Məmmədovun pul yuma metodu

Milyonlarla manat necə “kirə çıxır”?

Hələ 10 il öncə prezident İlham Əliyev quruculuq işlərinə start verdiyini bəyan edəndə vurğulamışdı ki, Bakıda nəqliyyat problemini birdəfəlik aradan qaldırmaq üçün metro tikintisinə xüsusi diqqət ayrılacaq. Bu gün isə yeni stansiyalar açılıb, stansiyalarda yenidənqurma işləri həyata keçirilir və yaxın bir neçə ildə əlavə 3 stansiyanın da açılışı gözlənilir.
Bakıda metro tikintilərinin belə sürətlə həyata keçirilməsində isə, sözsüz ki, "AZTunel MetroTikinti" Səhimdar Cəmiyyətnin ciddi rolu var. Uzun illər bu cəmiyyətə sədrlik edən Şaiq Əfəndiyev, demək olar ki, qısa müddətdə üzərinə düşən vəzifələri lazımi şəkildə həyata keçirtdi və keçirtməkdə davam edir. Amma, deyəsən, bu cür nəhəng işlərin həyata keçirildiyi bir zamanda bu işdən var-dövlət toplamaq həvəsinə düşənlər də var. Bunlardan biri isə "Metrotuneltikinti" SC-in 2 saylı Metrotunel tikinti idarəsinin rəhbəri Vəli Məmmədovdur.Uzun illərdir ki, bu sahədə çalışan Vəli Məmmədov həm də, deyəsən, gözə görünməyən oliqarxa çevrilib. Sözsüz ki, rəhbəri olduğu idarədə gördüyü “biznes” əməllərinə görə. Öncəliklə bunu qeyd edək ki, tikinti işləri üçün lazım olan avadanlıqları və tikinti materiallarını bazar qiymətlərindən dəfələrlə baha qiymətə sənədləşdirib ,bununla da milyonlarla manat pul əldə etmək, görünür, Vəli Məmmədov üçün adi işə çevrilib.
“Unikal”a daxil olan məlumata görə, Vəli Məmmədov bu işləri görmək üçün Rüstəm adlı bacısı oğlunun imkanlarından yararlanır. Belə ki, qohumunun adına şirkət təsis edib və pul yuma işlərini məhz bu şirkətin vasitəi ilə həyata keçirir.
Bununla bağlı apardığımız araşdırma zamanı məlum oldu ki, Vəli Məmmədovun rəhbəri olduğu müəssisə ən çox pul xərcləyən müəssisə imiş və bu pulların xərclənmə şəffaflığını müəyyənləşdirmək mümkün deyil. Yəqin ki, “Unikal”ın hüquq-mühafizə orqanlarına müraciətindən sonra baş vermiş korrupsiya olaylarına aydınlıq gətiriləcək. Ən azından, Vəli Məmmədovun milyonlarla manat dəyərində sərvətə necə sahib olması aydınlaşdırılacaq.
Bunu da nəzərinizə çatdıraq ki,Vəli Məmmədovun Bakıda hektarlarla torpaq sahələri, biznes şəbəkələri, daşınmaz əmlak var. Amma bunları başqa-başqa adamların adına sənədləşdirməklə diqqətdən kənarda qalmağa çalışıb. Buna görə yaxın saylarımızda Vəli Məmmədovun biznes strukturlarını və rəhbəri olduğu idarədə onun qara işlərini həyata keçirən qohumlarının siyahısını diqqətinizə çatdıracağıq.
İlkin Rzazadə