Əli Həsənov haqqında yazılanlar
Əli Həsənov haqqında yazılanlar

Və ya “Unikal”dan ...

“Unikal” qəzetinin 05 dekabr 2013-cü il sayında “Əli Həsənovun görünməyən biznesi” başlıqlı yazı dərc olunmuşdu və bu yazı nədənsə kifayət qədər ciddi ajiotaj yaratdı. Hətta baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova doğru olmayan məlumatlar çatdırılıb və iddia olunub ki, yazıda göstərilən faktlar məqsədli şəkildə “Unikal”a ötürülüb və bu prosesin arxasında ciddi məqamlar var.

Sözsüz ki, Əli Həsənov səlahiyyətlərindən istifadə edərək bu deyilənlərin nə qədər doğru olub ,olmamasını aydınlaşdıra və qəzetimizə heç kəsin fakt ötürmədiyini dəqiqləşdirə bilər. Biz isə öz növbəmizdə baş nazirin müavini Əli Həsənova deyilənlərin yalan olduğunu, qəzetə kimlərinsə fakt ötürmədiyini çox sadə şəkildə sübutlamaq üçün aşağıdakı arqumentləri nəzərinizə çatdırırıq.
1. Adı çəkilən yazıda bildirilirdi ki, Əli Həsənov yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirib və yalnız onlarla işləyir. Bu iddianı “Unikal” olaraq hansı qaynaqdan götürmüşük? Nəzərinizə çatdıraq ki, bu fakt “Gündəm Xəbər” qəzetində dərc olunub və bu linkə daxil olmaqla yazının nə zaman çap olunduğunu görə bilərsiniz. Link belədir- http://gundemxeber.az/iqtisadiyyat/1382-zhli-hjsjnovun-qohumluq-siyasjti.html
2. Adı çəkilən yazıda göstərilirdi ki, Əli Həsənov deputat və köhnə işçisi olan Ayaz Orucovu tikinti məsələlərinə görə işdən çıxarıb. Amma Ayaz Orucovun bu gün yenədə böyük biznesi mövcuddur. Bu yazı isə “Paralel”, “Yeni Müsavat”, virtualaz.org “Azadlıq” qəzetlərində dərc olunub və linkləri nəzərinizə çatdırırıq. http://www.paralel.az/index.php?mod=news&id=64876, http://musavat.com/news/iqtisadiyyat/V%C9%99zif%C9%99d% C9%99n-qovulan-deputat%C4 %B1n-biznesi-ba%C5%9F% C4%B1na-u% C3%A7ur_ 162748.html
3. Məlum yazıda göstərilirdi ki, Əli Həsənov həm də ting biznesi ilə məşğul olur. “Unikal” qəzeti bu iddianı isə “Yeni Müsavat” qəzetindən götürüb.Buyurub linkə daxil olmaqla bu faktın əslində nə vaxt mətbuatda çıxdığını görə bilərsiniz. http://musavat.com/news /%C3%B6lk%C9 %99/%C6%8FL%C4%B0-H%C6% 8FS%C6 %8FNOV-T%C4%B0NG-B%C4%B0ZNES%C4%B0N%C4%B0-%C6%8FL%C6%8F-KE%C3%8 7%C4%B0RD%C4%B0_98877.html
4. Yazının böyük hissəsi isə qaçqınlara tikilən mənzillərin onlara pulla verilməsinə həsr olunmuşdu. Maraqlıdır, bu iddialar “Unikal”a necə daxil olub? Adicə google.az-a daxil olmaqla bu mövzuda 3-4 il ərzində 70-dən çox yazının dərc olunduğunu görə bilərsiniz. Buyurun bir neçə linki təqdim edirik. http://musavat.com/news/%C3%B6lk% C9%99/%C6%8FL%C4%B0-H%C6 %8FS%C6%8FNOV-T%C4%B0NG-B%C4%B0ZNES%C4%B0N%C4%B0-%C6%8FL%C6%8F-KE%C3 %87 %C4%B0RD%C4%B0_98877.html, http://azerbaycaninfo.com/calni/187-zhli-hjsjnov-mjnzilljri-satddrdr.html, http://xeberci.org/ gundem2/2354-li-hsnovun-qohumu-brdd-qaqn-evlrini-hrraca-xarb.html
5. Bunu da qeyd edək ki, yazıda həmçinin Əli Həsənovun qardaşınında ev biznesində iştirakı ilə bağlı iddia qoyulmuşdu. Nəzərinizə çatdıraq ki, bu iddiada özəl bir xəbər deyil və bir müddət öncə mətbuatda yazılmışdı. Linki isə belədir. http:// dia.az/29066-zhld-hzhszhnovun-baeg-qardaenn-ev-bazar.html
6. Yazıda Əli Həsənovun narkotika ilə bağlı açıqlama verməklə bəzi məmurları qorxuya salması fikri isə mətbuatda bir müddət öncə səslənmişdi və “Unikal” bunu aşağıdakı linkdən əldə edib. http://hicab.org/?p=11787
Beləliklə gördüyünüz kimi adı çəkilən yazıda göstərilən iddiaların hamısı dövrü mətbuatda dərc olunan yazılardır və “Unikal” qəzetində hansısa yeni və özəl xəbər yoxdur. Buna görə də qəzetimizə kimlərinsə məlumat ötürməsi iddiası gülüncdür və bunu çox sadə şəkildə sübut etdik.
Sonda onu da qeyd edək ki, ”Unikal” qəzetinin Əli Həsənovda daxil olmaqla heç bir məmurla şəxsi qərəzçiliyi yoxdur və olada bilməz.

İlkin Rzazadə