AXCP sədri öz uğursuzluğunu kimlərin üzərinə yıxmağa çalışır?
AXCP sədri öz uğursuzluğunu kimlərin üzərinə yıxmağa çalışır?
Əli Kərimli “facebook” xəstəliyinə tutulub və siyasi həyasızlığını gizlədə bilmir
Milli Şuranın seçki məğlubiyyəti və bu məğlubiyyətdən doğan çoxsaylı məqamları araşdırdıqca daha ilginc faktlar ortaya çıxır. Belə ki, əgər sözügedən məsələdə günahkarlar axtarılırsa, müxalifət “liderlərinin” hakimiyyəti ittiham etmələri heç də inandırıcı təsir bağışlamır. Yəni burada onlar üçün ən rahat “çıxış yolu” hakimiyyəti günahlandırmaqdır ki, burada daha çox canfəşanlıq göstərən AXCP sədri Əli Kərimlidir.
“Yurd” şefliyindən AXCP rəhbərliyinə qədər müəmmalı yollar keçən Ə.Kərimlinin seçki məğlubiyyətində daxili çəkişmələri kənara qoyaraq, həyasızcasına hakimiyyəti suçlaması, əslində, onun daxilində formalaşmış məkri, xisləti kifayət qədər üzə çıxarır.
Əli Kərimli Milli Şuranı parçalayaraq, onu öz inhisarı altına almağa nail olub
Xüsusilə, “facebook”da fəallıq edən “cəbhə” sədri nədənsə düşərgədaxili fəaliyyətindəki qarşıdurmaların səbəbkarı, baiskarı olduğunu unudaraq, tamamilə fərqli, eləcə də inandırıcı görünməyən pafosları ilə yadda qalmağa çalışır.
Bu gün “Əlimizdə olan uğurları dağıtmaq istəyirlər” - deyə bar-bar bağıran Cəbhə sədri əslində, hansı “uğurlardan” danışdığının fərqinə belə varmır. Nədir onun “uğurları”? İlk öncə, Ə.Kərimli Milli Şuranı parçalayaraq, onu öz inhisarı altına almağa nail olub. Müsavat Milli Şuradan getmək ərəfəsində olduğu bir zamanda, AXCP sədri qarşı tərəfin getməməsi, “şura”nı tərk etməməsi istiqamətində heç bir təşəbbüs göstərmir. Məgər bu amilin özü Ə.Kərimlinin Milli Şuranı monopoliyası altına aldığını göstərmirmi? Əlbəttə ki, göstərir. Bu zaman AXCP sədri hansı uğurlardan danışır? Burada ehtimal etmək mümkündür ki, Ə.Kərimli “Əlimizdə olan uğurları dağıtmaq istəyirlər” iddiasını ortaya qoymaqla, öz dağıdıcılıq funksiyasını hakimiyyətin üzərinə atmağa cəhd edir. Onun “uğuru” isə yuxarıda qeyd edildiyi kimi, Milli Şuranın parçalanması faktıdır. Qısacası, AXCP sədri Milli Şuradakı mövqeyini Müsavatı uzaqlaşdırmaqla bərkidir və bu addımını başqalarının üzərinə yıxmağa çalışır.
Bir tərəfdən Şuradakı mövqeyini təkbaşına saxlamağa çalışan Kərimlinin Milli Şuranın gücləndirilməsinə çağırış etməsi ümumiyyətlə başa düşülməyən məsələdir
Digər tərəfdən, AXCP sədri Milli Şura daxilində yaranmış mübahisələrə münasibət bildirib və “facebook” səhifəsində yazıb ki, “demokratik düşərgənini gündəmini belə bir məsələnin məşğul etməsi təəssüf doğurur” Hələ bu da azmış kimi, o, Milli Şuranı qoruyub-gücləndirməyə çağırış etməyi də unutmayıb.
İlk öncə, “demokratik düşərgənin” belə bir vəziyyətə düşməsində onun günahları kifayət qədərdir. Bir tərəfdən Şuradakı mövqeyini təkbaşına saxlamağa çalışan Kərimlinin Milli Şuranın gücləndirilməsinə çağırış etməsi ümumiyyətlə, başa düşülməyən məsələdir.
Bu gün həyasızlığın ən uca nöqtəsində dayanaraq guya nə qədər “pak” və nə qədər “saf” “siyasətçi” olduğunu cəmiyyətin beyninə yürütmək istəyən Ə.Kərimli bəlkə də “facebook” xəstəliyinə düçar olduğundan xəbərəsizdir. O, bu gün sosial şəbəkələrdə muzdla işlətdiyi, həyatlarını zəhərlədiyi gəncləri düşərgədaxili rəqiblərinə yönəldərək heç bir arqument ortaya qoya bilmir. Real arqument isə bəllidir - Ə.Kərimli sadəcə, oynadığı kirli oyunlarının çamuruna bulaşdığını belə vasitələrlə gizləməyə çalışır. Ancaq haraya qədər? Yəqin ki, bunun da cavabı uzaqda deyil
Alı