07 Dekabr 2019
06 Dekabr 2019
Gömrük-keçid məntəqəsinin rəisi Türkiyədə həbs edilib
Gömrük-keçid məntəqəsinin rəisi Türkiyədə həbs edilib KRİMİNAL 11:21 2013-12-19

Gömrük-keçid məntəqəsinin rəisi Türkiyədə həbs edilib
Gömrük-keçid məntəqəsinin rəisi Türkiyədə həbs edilib

DGK: "Mirməhəmməd Seyidovun saxlanması səbəblərilə bağlı araşdırma aparırıq"

Dövlət Gömrük Komitəsi (DGK) Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılmasına münasibət bildirib. Qurumdan bildirilib ki, hazırda M. Seyidovun saxlanması səbəbləri ilə bağlı komitə araşdırma aparır.
Qeyd edək ki, M. Seyidov dekabrın 17-də İstanbuldan qayıdarkən Qars hava limanında təyyarədən endikdən sonra Türkiyə Daxili İşlər Nazirliyi Əmniyyət Müdirliyinin (polis təşkilatı) Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsində Türkiyə polisinin rüşvət və qaçaqmalçılıq hallarına qarşı keçirdiyi əməliyyat tədbirləri çərçivəsində tutulub. M. Seyidov saxlanıldıqdan sonra İğdır şəhərinə aparılaraq dövlət xəstəxanasında tibbi müayinədən keçirilib. O, zəruri prosedurlar həyata keçirildikdən sonra dindirilmək üçün prokurorluğa göndəriləcək. Hadisə ilə bağlı Azərbaycanın İğdır şəhərindəki baş konsulu Asiman Əliyev İğdır Əmniyyət Müdirliyinə gedərək baş verənlər haqda məlumat alıb.
Qeyd edək ki, Türkiyə polisinin dekabrın 17-də sərhəddə 200 polisin iştirakı ilə keçirdiyi geniş miqyaslı əməliyyat zamanı 7 gömrük əməkdaşı və 10 nəqliyyat firmasının sahibi həbs edilib.