Maliyyə savadlılığı məktəb partası arxasında
Maliyyə savadlılığı məktəb partası arxasında

Bəlkə bizdə də uşaqlara bu bilikləri məktəbdə öyrətməyin vaxtı çatıb?

Gənclərimiz həddi-büluğa çataraq banklarla münasibət qurmaq hüququna malik olan kimi (kredit götürmə, hesab açma və s.) hər tərəfdən "sən buna layiqsən" prinsipinə əsaslanan reklamların təsirinə məruz galırlar. Onların çoxu bir anda bütün istədiklərini həyata keçirmənin yolunu bank kredinləri almaqda görürlər.

Əksər hallarda isə müxtəlif problemlərlə, yəni işini itirib işsiz qalmaq, gözlənilmədən xəstələnməsini və s. kimi təhlükələri nəzərdən keçirmirlər. Bəzi hallarda onların bu cür risklərə hazır olmaması kredit götürdükləri bankların qarşısında olan öhdəlikləri yerinə yetirmə qabiliyyətini itirməyə gətirib çıxarır. Vəziyyəti düzgün qiymətləndirmə bacarığının olmaması oları "Modern qullara" çevirir. Bir kreditin altından çıxan kimi, ikincisini, üçüncüsini almağa çalışırlar. Baxmayaraq ki, geciktirilmiş kredit ödəmələri malın qiymətini 2-3 dəfə bahalaşdırır. Alınan aparat, texnika köhnəlir və növbəti kredit üçün işləyirlər.
Sərbəstliyin ilk günlərində gənclər maliyyə yollarında maneələrlə rastlaşırlar. Bu yolun da adi yollar kimi öz magistral xətləri, geniş prospektləri bununla yanaşı döngə, künc-bucaq və təəssüf ki, özünün dalanları var. Güman edirəm ki, həddi-buluğa çatanların maliyyə savadsızlığı ucbatından bu cür dalanlara düşməməsi üçün müvafiq tədris orta məktəbdə keçilməlidir.
Bizim təhsil sistemimizin əsas çatışmamazlığı odur ki, puldan düzgün və ağıllı istifadə etməyin, pulu necə qazanmağın və necə xərcləməyin yolları məktəblərdə öyrədilmir. Əslində pulun mənfi və ya müsbət təsir xüsusiyyətləri yoxdur. Lakin pulla düzgün olmayan münasibət xoşagəlməz vəziyyətə səbəb ola bilər. Buna görə də dünyada maliyyə savadı uşaqların müasir təhsil sistemində vacib amillərdən birinə çevrilib.
Dünyada maliyyə bisavadlılığının qarşısını almaq üçün çox sayda üsullar aşkarlanıb. Müflisləşmə hallarının qarşısını almaq üçün Amerikanın orta məktəblərinin tədris proqramında maliyyə savadlılığı kursu tədbiq edilir. Bu kursları iri bank numayəndələri aparır. Şagirdlər kredit kartlarından istifadə qaydaları ilə tanış olur, onlara hesab çəkəcəkləri beş illik kreditin almaq zərurətinin olub-olmaması barədə düşünmək təklif edilir.
Bəlkə bizdə də uşaqlara bu bilikləri məktəbdə öyrətməyin vaxtı çatıb?
A.Zelensov, Y.Bliskavka, D.Demidov "Əhalinin maliyyə savadının artırılması: beynalxalq təcrübə və Rusiya prartikası" adlı kitabda müsbət nəticə verən bəzi xarici ölkələrdə maliyyə savadının öyrədilməsinə yönəldilmiş proqramlara diqqət yetirirlər. Misal üçün, Avstriyadakı "Maliyyə savadı məktəbi" proqramının istifadəsi göstərir ki, uşaqlar 10 -18 yaşında maliyyə savadı proqramlarını yaxşi qəbul edirlər və onları asan qavrayırlar.
Böyük Britaniyanın maliyyə savadlılıq milli proqramının prioritet istiqamətlərindən məktəbləri, (Schools: Learning Money Matters); - gəncləri, (Young Adults: Helping Young Adults Make Sense of Money) qeyd etmək lazımdır. Orta məktəb şagirdlərinin öyrədilməsi üçün ən yaxşı vasitələrdən biri də cizgi filmləridir: orta hesabla 8 dəqiqə davam edən animasion süjetlər ayrı-ayrı iqtisadi anlayışları aydınlaşdırır. Cizgi filmlərinin əksəriyyəti maliyyə məsələləri: kredit, əmanət, investisiya, sığorta, tarif faizi, pensiya və elektron ödəmələrə həsr edilir.
Müəllimlərin iqtisadiyyat nəzəriyyəsi və maliyyə savadı dərslərinə hazırlaşmasına kömək edən "İqtisadiyyat nəzəriyyəsi dərsi" - interaktiv multimediya proqram kompleksi Polşanın 1000-dən çox məktəbində yayılıb.
Orta məktəbi bitirən hər kəs Ali məktəblərə daxıl olmur. Onlar Ali təhsil tələb etməyən və maraq yaradan peşələr seçirlər. Bəs bu gənclərimizi maliyyə bazarının üstünlüklərindən istifada etməsi, borc öhdəliklərinin artım hallarından, dələduzluqla qarşılaşma risklərindən, maləyyə xidməti, satıcıların vicdansız hərəkətlərindən xilas etmək bacarığına və ya pensiya formalaşdıran mexanizm qaydaları barədə orta məktəbdə də olmasa harada maariflənməlidir? Bu suallardan xəbər tutmayan insanlar da çətinliklərlə üz-üzə qalır.
Bu məsələ ilə bağlı iqtisadiyyat üzrə müstəqil ekspert Oqtay Haqverdiyev öz fikirlərini bölüşüb: "Mən bu məlumatların uşaq yaşlardan öyrədilməsinə etiraz etmirəm. Lakin uşaqlar təkcə orta və ya ali məktəb mühitində yox, birinci növbədə ailə içində yaşa dolur. Ailə özünü nə cür aparırsa, uşaqlar da valideyinlərini təkrarlayaraq özlərini elə aparırlar. Hal-hazırda kreditlərin banklara qayıtmayan hissəsi 7% təşkil edir. Adətən bunun səbəbkarları maliyyə tələsinə düşmüş gənc nəslin nümayəndələridir. Belə bir misala diqqət yetirək. Bank faizsız, yaxud ən aşağı faizlə kredit verməklə, əhalini şirinikləndirir və zamanət götürdüyü zaman əmlakı həddindən artıq aşağı qiymətlə dəyərləndirir. Hər hansı səbəbdən bank qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyətini itirən insanlar real dəyəri kreditin dəyərindən artıq olan zamanətə qoyulmuş əmlakını (ev, bağ, maşın, qiymətli zərgar əşyaları və s.) itirir. Bəzi hallarda bu, bədbəxt hadisələrlə nəticələnir. Bu da sosial məişət hərəkətlərində əksini tapmış savadsızlığın işarəsidir. Maliyyə savadlığının əsası ilk növbədə gəlirlərin və xərclərin düzgün aparılması bacarığıdır".
Ekspertin sözlərinə görə hər bir fənnin tədrisi istifadə etdiyi terminlərın anlayışından başlayır: "Pul gəlirləri, bank sistemi, fyucers (maliyyə aləti) və s. kimi terminlər barədə anlayış yaradılması zərüridir. Yalnız maliyyə anlayışlarını mənimsiyərək, onlardan düzgün metodik istifadə yollarını başa düşərək, maliyyə vəziyətini dərindən təhlil edib ən səmərəli qərar qabul oluna bilər".
Prinsipcə məliyyə savadlılığının orta məktəbdə öyrədilməsinə əlbəttə ki, dəyər. Yuxarı siniflərdə artıq bu gec olur. Proqramlar uşaqların dərk etmə qəbiliyyətinə uyğunlaşmalıdır. Burada praktika nəzəriyyədən vacibdir. Məhşur varlı millyarderlərin iflas hallarının təhlili, səbəblər kompleksını əyan edərək buna aşkar misal ola bilər. Maliyyə savadlılıq səviyyəsini artırmaq üçün müxtəlif metodlardan istifadə etmək mümkündür. Əsas odur ki, mənimsəmə zamanı onlar sadə və əlçatan olsun.
Nazim Mustafayev