DƏHŞƏT: İsmayıllıda qonaq ev sahibinin namusuna sataşdı, sonra isə onu ...
DƏHŞƏT: İsmayıllıda qonaq ev sahibinin namusuna sataşdı, sonra isə onu ...

Sərxoş kişi ev sahibini amansızcasına döydü, onu işgəncə ilə öldürdü

Dekabrın 7-də saat 18:00 radələrində İsmayıllı rayonu İvanovka kəndində insanlığa sığmayan dəhşətli qətl hadisəsi baş verib. İsmayıllı rayon Prokurorluğundan verilən məlumata görə, 1953-cü il təvəllüdlü Pestriakov Aleksandr Aleksandroviçin yaşadığı evdə meyiti tapılıb.
Meyitin üzərində döyülmə əlamətləri və çox dərin bıçaq yaraları olub. Araşdırma zamanı məlum olub ki, Aleksandr Pestriakovu arvadı Valentina Makarovanın tanışı 1972-ci il təvəllüdlü Uvarov Vasili İvanoviç işgəncə ilə öldürüb. Onlar əvvəldən qadın vasitəsilə tanış olublar. Tanışlar evdə yeyib-içiblər. Daha sonra onların aralarında mübahisə yaranıb. Mübahisə sərxoş Vasili Uvarovun Aleksandr Pestriakovun arvadı ilə mazaxlaşması səbəb olub. Buna etiraz edən Aleksandr Pestriakov Vasili Uvarovu söyüb. Bundan əsəbləşən Vasili Uvarov tanışını döyməyə başalyıb. Daha sonra Aleksandr Pestriakovun başına odun sobasının üstündəki qaynar kərpiclə vurub. Sonra tanışını soyunduran Vasili Uvarov isti kərpici onun bədəninə yapışdırıb. Kişinin bağırtılarından həzz alan Vasili Uvarov siqareti onu bədənində söndürüb. Daha sonra dəmir parçası ilə onun ayaqlarını sındırıb. Bununla da kifayətlənməyən Uvarov İvanoviç evinə qonaq gəldiyi Aleksandr Pestriakovun cinsiyyət üzvünü zədələyib.
Dəhşətlisi budur ki, Valentina Makarova bütün bu dəhşətləri görüb, ərinin bağırtılarını eşidib. Lakin Vasili Uvarova mane olmayıb. Üstəlik cinayəti ört-basdır etmək istəyib. Polisin keçirdiyi əməliyyat nəticəsində Vasili Uvarov və Valentina Makarova saxlanılıb.
Qeyd edək ki, Vasili Uvarov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başalnıb. Araşdırma aparılır.