Nərgiz Paşayevanın qızı jurnalistlərlə görüşəcək
Nərgiz Paşayevanın qızı jurnalistlərlə görüşəcək

"Nargiz" Nəşriyyat Evi yanvarın 17-i jurnalistlər üçün "açıq qapı" günü elan edib. Nəşriyyat Evindən daxil olan xəbərə görə, görüşün məqsədi jurnalistləri nəşrin layihələri ilə tanış etmək, həmçinin yeni iş yerləri və əməkdaşlıq şərtləri haqqında danışmaqdır.
"Baku Business Mərkəzi"ndə baş tutacaq təqdimat mətbuat-konfransı formatında keçiriləcək. Görüşdə "Nargiz" Nəşriyyat Evinin nümayəndələri jurnalistlərin problemləri və bu sahədə keyfiyyətin artırılması istiqamətində açıq dialoq keçirməyi planlaşdırırlar. İstedadlı və perspektivli jurnalistlər üçün imkanlar yaratmaq niyyətində olan Nəşriyyat Evi yeni layihələr üçün maksimum sayda media-işçiləri cəlb etmək niyyətindədir. Layihədə digər nəşrlərin və online portalların təcrübəli əməkdaşları ilə yanaşı, məqalələri artıq dərc olunmuş gənc müəlliflər də iştirak edə bilər.
Bir il ərzində Nəşriyyat Evi müəlliflərlə əməkdaşlıq edəcək və onların fəaliyyətini izləyəcək. Sonda isə beş nəfər jurnalist və publisistdən ibarət qrup yaradılması planlaşdırılır. Həmin şəxslər xaricdə təşkil olunacaq treninqlərdə iştirak edə biləcəklər.
Mətbuat konfransında həmçinin mətbuatda iş təcrübəsi olan müstəqil müəlliflər də iştirak edə bilərlər.
CV və fotonuzu [email protected] ünvanına göndərməyi və mütləq məqalənizin faylını və ya saytdan link göndərməyi unutmayın. CV-lərin qəbulu yanvarın 15-nə qədər davam edəcək.