Prezident Vüqar Həşimovla bağlı başsağlığı verdi
Prezident Vüqar Həşimovla bağlı başsağlığı verdi

Prezident İlham Əliyev qrossmeyster Vüqar Həşimovun ölümü ilə bağlı ailəsinə başsağlığı məktubu göndərib.
Məktubda dövlət başçısı şahmatçımızın vaxtsız vəfatından kədərləndiyini ifadə edib:
"Hörmətli Qasım Həşimov,
Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndim. Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr vermiş, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb.
Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.
Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaqdır.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"