YAP-dan proporsional seçki ilə bağlı AÇIQLAMA
YAP-dan proporsional seçki ilə bağlı AÇIQLAMA

“Azərbaycandakı mövcud seçki sistemi dünya standartlarına uyğundur. Seçki Məcəlləsi praktikada özünü doğruldan bir qanundur”. Bunu YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, proporsional seçki modelinə keçidlə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, majoritar seçki sistemi dünyanın bir çox ölkələrində tətbiq olunan modellərə yaxındır. YAP rəsmisinin sözlərinə görə başqa seçki sisteminin tətbiqinə ehtiyac yoxdur.
“Hesab edirəm ki, indiki majoritar sistem millət vəkillərini də qane edir. Proporsional və ya qarışıq seçki sisteminin tətbiqi düzgün olmaz”-deyə M. Qurbanlı bildirib. YAP funksioneri onu da qeyd edib ki, proporsional seçki sisteminə keçidin tərəfdarları majoritar modelin üstünlüklərini nəzərə almalıdırlar.