Millətlərarası münasibətlərin inkişafına psixoloji təsir
Millətlərarası münasibətlərin inkişafına psixoloji təsir

Ünsiyyət kommunikasiyası fərdi psixologiyanın qüsurlu halı

Bu gün dünyanı düşündürən və bu istiqamətdə mütərəqqi addımlar atılan sahələrdən biri də millətlərarası münasibətlərin inkişafıdır. Bu istiqamətdə Azərbaycanın da yetərli işləri olub və istər regionda sülhə nail olmaq, istər Qərbə inteqrasiya bunun bariz nümunəsidir. Amma bu gün elə toplumlar var ki, onların bu istiqamətdə nəinki uğurlu addımlarını görmək olar, hətta buna tördilən əngəllərin şahidi də olmaq mümkündür.
Aparılan araşdırmalar da sübut edir ki, millətlərarası münasibətlərin inkişafında əsas məsələ ünsiyyət kommunikasiyasının düzgün qurulması və tərəflərin psixoloji sabitliyindən çox asılı olur. Bu məqamda hətta məlum olur ki, bəzən fərdlərin psixoloji qüsurları ilə toplumların psixoloji qüsurları eynilik təşkil edir və nəticədə arzuolunmayan səhnələr ortaya çıxır. Bu gün millətlərarası münasibətlərə qüsurlu töhfələr verən toplumlardan biri də erməni toplumudur. Bu toplumun nədən aqressiv olması və barışdan qaçmasının bir sıra səbəblərini göstərmişdik. İndi isə erməni toplumunda bu keyfiyyətləri yaradan başqa bir psixoloji aspektə baxaq. Öncəliklə vurğulayaq ki, toplumun kütlə psixologiyası ilə idarə olunması, kütlə tezislərinin ana tezislər kimi qəbul olunması səbəbindən fərd məsuliyyəti kütlə məsuliyyətinə qurban verilib. Buna görə erməni toplumunda fərdi keyfiyyətlərini qoruyub saxlayan seçilmişləri bir kənara qoysaq, topluma fərd simasında yanaşsaq, daha çox melanxolik tiplə üz-üzə qalarıq. Bu tipdə olanlar zəif temperament tipinə aiddir. Erməni toplumunun psixoloji durumunu təhlil edərkən açıq şəkildə gördük ki, toplumda psixi fəallıq aşağıdır, asanlıqla təsirlənir, özünü qiymətləndirmə aşağı olur. Erməni toplumunun melanxolik tipə uyğun gəlməsinin şərtlərindən biri də yeni mühitə çətin alışmalarıdır. Məhz bu səbəbdən əsrlərdir ki, bu toplum özünü təcrid eləmiş vəziyyətdə saxlayır və ətraf mühitdən sanki qorxmuş kimi davranır.
Bundan başqa, melanxolik tiplərdə hadisələri öncədən paniklik həddində qəbul etmələri, reallıq hisslərini itirmələri, ideyaya, az qala, insan iradəsindən ucada durması kimi yanaşmaları da faktdır və erməni toplumunda bunun hər addımda şahidi oluruq.
- Böyük Ermənistan eyforiyası;
- Ətraf mühitə qıcıq;
- Özünə inamsızlıq.
Bütün bunlar, əslində, melanxolik tipin göstəriciləridir.Amma indi mübahisə yarana bilər ki, bu toplum sanqvinik tipinə daha çox uyğun gəlir. Çünki sanqiviniklər
emosional, zirək və diribaş, istənilən vəziyyətdən çıxmaq gücündə olurlar. Həmçinin ətrafda baş verən proseslərə biganə qalmırlar. Çünki ermənilər regionda Ermənistan dövləti yarada bildilər, dünyada erməni lobbisi özünə güc toplaya bildi və bu proses davam edir. Məhz buna görə iddia oluna bilinər ki, əslində, erməni toplumu sanqvinik tipinə məxsusdur. Amma...Məsələ burasındadır ki, ortada bəzi ciddi fərqlər var. İlk növbədə ona görə ki, sanqiviniklərin bir nömrəli müsbət keyfiyyəti ətraf mühitlə tez dil tapmaq, şəraitə uyğunlaşmaq və ətraf mühitə açıq olmasıdır. Amma erməni toplumunda bunun tam əksini görürük. Erməni toplumu hər zaman qapalı mühiti sevir və hər zaman kədər, bədgümanlıq və intiqam almaq eşqi ilə yaşayır. Bu isə bir tərəfdən melaxolik keyfiyyətlərdir, digər tərəfdən isə şizoidlik çalarlarını görürük. Məhz buna görə erməni toplumunda sanqviniklərin üstünlük təşkil etdiyini demək mümkünsüzdür.
Həmçinin qeyd etmək lazımdır ki, azərbaycanlı toplumunda son zamanlar xolerik tip çalarlarının artması da erməni toplumunun manevr imkanlarını artırır.
Xatırladaq ki, xolerik tip aşağıdakı detallarla zəngindir. Xolerik tipə aid olanlar coşğun xarakterli, səbrsiz, hər zaman ilk reaksiya verəndir, tez-tez münaqişələrin episentrinə düşürlər. Amma sanqvinikdən fərqləri ondadır ki, bu tipdə olanlar sabit və köklü olurlar. Başladıqları işi sona çatdırır,problemin həllinə maraqlı olur və ətraf mühitə sonuna qədər sadiq qalırlar. Bu sadiqliyə görə də onlar mühit dəyişməyi sevmirlər. Məhz erməni toplumu da azərbaycanlının bu boşluğundan məharətlə yararlana bilir. Çünki bizlərdəki xoleriklik sanki lovğalıqla, təvazökarlıq xarakterlərinin sintezini yaratmışdı.
Bunu da etiraf etmək lazımdır ki, Dağlıq Qarabağın işğalından sonra azərbaycanlı toplumunda melanxolik tip həddindən artıq çox inkişaf edir və bu həm də biganəlik, bədbinlik xarakterləri ilə müşahidə olunur. Məhz bu detalda ermənilərə yanaşmamızda bəzən yanlış olaraq sanqvinik tipi olaraq yanaşırıq. Nəticədə erməni toplumunda süni şəkildə belə bir hərəkətlənmə olur. Belə olan halda çıxan nəticə budur ki, bəzi məqamlarda erməni toplumuna yanaşmada ilk qüsurumuz onlara olduqları psixoloji dəyəri verməyi bacarmamağımızdır və buna uyğun olaraq mühitin təsirində öz psixoloji sabitliyimizi pozuruq. Melanxolik ruhlu,prinsipli bir topluma başqa cür baxıb və üzləşdiyimiz reallığa görə melaxolikliyə meyillənməyimiz heç də yaxşı bir göstərici deyil. Ancaq erməni toplumu öz psixoloji tiplərində süni dəyişmələr etməklə, əslində, daha acınacaqlı bir psixoloji pozuntuya hamilə qalmaqdadır.
Bu nədən ibarətdir? Əslində, erməni toplumu bu gün istər fərd, istərsə də toplu olaraq geniş anlamda xarakterin aksentuasiyası halını yaşayır,yəni müəyyən xarakter əlamətlərinin normadan artıq şişirdilməsi nəticəsində əmələ gələn köksüz vərdişlərə tabe olurlar. Nəticədə etnik və milli xarakter əlamətləri makromühitdə formalaşmır və günlərin biri reallıqla üz-üzə gələndə çıxılmaz hala düşəcəklər. Məsələn, bu gün Dağlıq Qarabağ probleminə görə erməni toplumu özünü qalib sayır və buna uyğun olaraq psixoloji durumunu dəyişir. Amma bir anlıq erməni toplumu gözünü yumub düşünsün.
Dağlıq Qarabağı işğal etdiniz. Bəs sonra? Dağlıq Qarabağ ərazisi bu gün hansısa erməni fərdinə normal yaşamaq imkanları yaradıbmı? Dağlıq Qarabağ ərazisi erməni fərdinin intellektual inkişafına müsbət təsir göstərirmi? Dağlıq Qarabağ ərazisi erməni toplumunun toplum olaraq formalaşmasına mübət təsir edirmi? Dağlıq Qarabağ ərazisi erməni toplumunun iqtisadi, mənəvi inkişafını təmin edirmi? Dağlıq Qarabağ ərazisi erməni toplumunun dünyəviləşməsinə, sivil bir cəmiyyətdə yaşamasına təsir edirmi? Yox, yox və yenə də yox!
Ən azından ona görə ki, bu gün işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin hər qarışında bir erməni ailəsi yaşamalı idi. Əgər sualın cavabı müsbət idisə.
Ən azından ona görə ki, erməni toplumu bu gün iqtisadiyyatını bütövlüklə əldən buraxmamalı idi.
Ən azından ona görə ki, erməni toplumu elə toplum halında da Ermənistandan köç etmək üçün fürsət gözləməzdi. Və bu məqamda yazılanları bir azərbaycanlı vətənpərvərliyi, nikbinliyi və ya təbliğatı kimi qəbul etməyin. Sadəcə olaraq, reallıq kimi dəyərləndirin. Onda görəcəksiniz ki, Ermənistanın Dağlıq Qarabağ niyyəti, mücərrəd strateji maraqlara hesablanmış bir istəkdir. Toplumun taktiki baxışları isə nəzərə alınmayıb və bunun psixoloji fəsadları kifayət qədər mürəkkəb olacaq.
Ən azından bir detala üstünlük vermək lazımdır ki, bu gün dünya gücləri böyük dövlətləri, əraziləri yox, toplumları hədəf kimi görür və bu səbəbdən sivilizasiyaların toqquşması istəsən də, istəməsən də, davam edəcək. O zamana qədər ki, böyük ərazisi olanlar yox, böyük dəyərləri, keyfiyyətləri, psixoloji stabilliyi olan toplumlar qalib gəlsinlər. Bu səbəbdən erməni toplumunun psixologiyasını düzgün öyrənmək və özümüzün psixoloji sabitliyimizi təmin etmək əsas şərtdir.
Bir psixoloji, həssas məqama da üstünlük vermək lazımdır. Qarşında erməni toplumu olduğu üçün, Dağlıq Qarabağı işğal etdiklərinə görə bu toplumun psixologiyasını öyrənib öz psixoloji sabitliyini təmin etmək lazım deyil. Bunu erməni toplumu ilə əhatə olunmuş hər bir toplum etməlidir və bunun başlıca səbəbləri aşağıdakılardır. Erməni toplumu bu gün özünü qalib toplum hiss etdiyi kimi, həm də daxilən hər zaman bir təhlükəni yaşayır. Bu təhlükənin bir başı kənar qüvvələrdirsə, digər başı isə elə özünün daxili psixoloji sabitliyinin olmamasıdır. Uzun illər erməni toplumu yalnız kənar təsirlərin qorxusu ilə yaşayırdı deyə, daxili qorxu, əslində, ikinci plana keçmişdi. Amma bu günki müasir dünyada artıq soyqırım fobiyasının sıradan çıxması səbəbindən erməni toplumu düşdüyü durumu təhlil etməyə meyllənir və qarşılarında bir səhnə yaranır. Səhnə bundan ibarətdir.
-Ətraf mühitlə tam təcrid olunmuş haldadırlar;
-Normal insan yaşantısına hələ də layiq deyillər;
-İqtisadi çöküş günbəgün artır;
-Mənəvi dəyərlər aşınmış haldadır və stimulverici bir gün tapa bilmirlər.
Bu isə qalib xalqın üzləşdiyi durum olmamalı idi. Deməli, bu qələbə, əslində, qələbə yox, bataqlıqda çabalamağın bir nümunəsidir. Reallığın başqa cür olduğunu görən insanlarda isə, sözsüz ki, ciddi fəsadlar yaranacaq və bu fəsadları alman psixiatrı A.E.Liçkonun təsnifatı ilə izahlayaq. Yaxın 10-15 il ərzində erməni toplumu daha çox bu xarakter aksentuasiyası tipləri ilə formalaşacaq:
- Sikloid tip - əhvalları əsasən xarici şəraitlə bağlıdır, əhvalı yaxşı olanda zarafatcıl olurlar, pis olanda isə dostlarından və yoldaşlarından qaçır və tənbəl olurlar.
- Labil tip - əhvalları həddən artıq tez-tez dəyişir və onun ünsiyyəti, iş qabiliyyəti, iştahı da bundan asılı olaraq dəyişir.
- Astenonevrotik tip - tez yorulur, bir şey olmamış tez həyəcanlanır, ruh düşgünlüyü olur.
- Senzitiv tip - çox həssas, utancaq, qorxaq, cəsarətsizdirlər.
- Psixoastenik tip - həmişə nədənsə ehtiyat edirlər, şübhələnirlər, qorxurlar, həyəcanlanırlar.
- Şizoid tip - adamlardan qaçırlar, qaradinməzdirlər.
- Epileptoid tip - özlərini idarə edə bilmirlər, heç nədən dava salırlar, uzun müddət özlərinə gələ bilmirlər, hövsələsizdirlər.
- İsteroid tip - yerli-yersiz danışırlar, yalan danışırlar, şöhrətpərəstdirlər, özlərini yalandan xəstəliyə vururlar.
Bütün bunlar isə onu sübutlayır ki, bu toplumun yaxın zamanlarda millətlərarası münasibətlərdə hansısa rol oynayacağını iddia etmək yersiz olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün